Edmon Rostan (; ) — Fransa şairi və dramaturqu. Daha çox teatr tamaşaları üçün yazdığı əsərləri ilə tanınmışdır. Neo-romantizm cərəyanına bağlı olmuşdur. Ən tanınmış pyesi "Sirano de Berjerak"dır. Rostanın XIX əsrdəki romantizm teatr baxışı naturalist teatrdan xeyli fərqlənirdi.

Həyatı

Edmon Rostan 1868-ci ildə Fransanın Marsel şəhərində provanslı bir ailənin oğlu kimi anadan oldu. Atası həm iqtisadçı, həm də Marsel Fransa İncəsənət Akademiyası və İnstitutunun üzvü olan şair idi. Rostan ədəbiyyatı, tarixi və fəlsəfəni Paris şəhərindəki Paris Stanislas Kollecində öyrəndi.

Karyerası thumb|Edmon Rostanın 8 yanvar 1898-ci ildə çəkilmiş şəkli|left İlk pyesi olan "Les romanesques" 21 may 1894-cü ildə Fransa teatrında göstərildi. İlk pyeslərindən biri olan "La Princesse Lointaine"də ozan Rudel ilə tripolili bir qadının hekayəsindən bəhs edirdi. Bu pyes isə İntibah teatrında nümayiş olundu. Pyesdə Melissand rolu, sonradan Rostanın samariyalı qadın haqda İncildəki rəvayətə əsaslanan "La Samaritaine" (İntibah teatrı, 14 aprel 1897) pyesində Fotini rolunu da oynayan, Sara Bernar tərəfindən canlandırıldı.

Ən məşhur pyesi "Sirano de Berjerak"ın (28 dekabr 1897, Sent Martin teatrı) nümayişi böyük uğur qazandı. Hüqonun "Hernani" pyesindən bəri heç bir tamaşa belə uğur qazanmamışdı. Pyes tezliklə ingilis, rus, alman və digər Avropa dillərinə tərcümə olundu. Əsərin qəhrəmanı XVII əsr Fransasını əks etdirirdi.

Rostan 1901-ci ildə Fransa Akademiyasına qəbul olunan ən gənc yazıçı oldu. Fevral 1910-cu ildə "Chantecler" pyesi çətinliklə də olsa, nümayiş olundu. Lüsyen Qurti baş rolda oynadı və Madmazel Simoneni canlandırdı. Quşlar və heyvanlar haqqında olan bu pyes kənd həyatından bəhs edirdi.

Şəxsi həyatı thumb|Rostanın Marseldəki büstü Edmon Rostan "Les Pipeaux" adlı şeirini 1890-cı ildə nəşr etdirən Rozemond Jerar ilə evli idi və onun Jan və Moris adında iki oğlu olmuşdu.

Rostan 1900-cü illərdə plevrit xəstəliyindən müalicə alarkən Fransanın şimalında bask Kambo-le-Bayns bölgəsindəki Arqana villasında yaşadı. Bu ev indi Bask incəsənəti, əl sənətləri muzeyi və Rostan muzeyidir. Rostan 1918-ci ildə ispan qripindən vəfat etdi.

Əsərləri

Le Gant Rouge, 1888 Les Musardises, 1890 Les Deux Pierrots, Ou Le Souper Blanc, 1891 Les Romanesques, 1894 La Princesse Lointaine, 1895 La Samaritaine, 1897 Cyrano de Bergerac, 1897 L'Aiglon: A Play in Six Acts. 1900 Chantecler: A Play in Four Acts, 1910 La Derniere Nuit de Don Juan, 1921 Le Cantique de L'Aile, 1922 Le Vol de la Marseillaise, 1922

Kateqoriya:Fransa şairləri Kateqoriya:Fransa dramaturqları Kateqoriya:Fransada doğulanlar Kateqoriya:Marseldə doğulanlar Kateqoriya:1868-ci ildə doğulanlar Kateqoriya:1 apreldə doğulanlar Kateqoriya:1918-ci ildə vəfat edənlər Kateqoriya:2 dekabrda vəfat edənlər Kateqoriya:Parisdə vəfat edənlər Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:XIX əsr yazıçıları Kateqoriya:Qripdən ölənlər Kateqoriya:"Fəxri Legion" ordeni zabitləri Kateqoriya:XX əsr şairləri Kateqoriya:Dramlar Kateqoriya:XIX əsr şairləri Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri