Suzanna Tamaro — italyan yazıçısı. İtaliyanın Triest şəhərində 1957-ci ilin 12 dekabrında anadan olub. Uşaqlığında bir çox çətinliklərlə üzləşib. Suzanna 1972-ci ildə zəlzələyə şahid olur, 1979-cu ildə ölümcül xəstəliyə tutulur. Yazıçılığa 1981-ci ildə başlamışdır.
Suzanna Tamaro ilk əsərləri o qədər də maraq görməmişdir. Onu tanıdan ilk əsər “Tək bir səs üçün” kitabı olmuşdur. Daha sonra yazdığı "Ürəyinin götürdüyü yerə get" romanı aylarla İtaliyada ən çox satılan kitablardan biri olmuşdur. Romanları əsasən məktub və ya gündəlik şəklindədir. Hadisələri bir nəfərin ağzından danışır. Əsərləri matəm xarakterlidir. Romanlarının qəhrəmanları əsasən ölüm ayağına gəlmiş obrazlardır.
Əsərləri
Roman
Sehrli Çənbər (1994) Ürəyinin götürdüyü yerə get (1994) Ağlı bir qarış havada (1989) Daha çox alov, daha çox duman (2002) Ürəyimin səsini dinlə (2007) Dünyanın Ruhu (1997) Sonsuza qədər Luisito - Bir sevgi hekayəsi (2008) Hər mələk qorxuncdur (2013)
Hekayə
Tək səs üçün (1998) Cavab ver mənə (2001)
Uşaq kitabları
Kitablardan qorxan uşaq (2000) Tobia və Mələk (2000) Gombul ürək (1999)
Gündəlik
Əziz Matilda, insanın gəzməsini dörd gözlə gözləyirəm (2000) Evə doğru (2000)
Xarici keçidlər
Kateqoriya:İtaliya yazıçıları Kateqoriya:İtaliyada doğulanlar Kateqoriya:1957-ci ildə doğulanlar Kateqoriya:12 dekabrda doğulanlar Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:XXI əsr yazıçıları Kateqoriya:İtaliyanın qadın yazıçıları Kateqoriya:XX əsr İtaliyanın qadın yazıçıları Kateqoriya:XXI əsr İtaliyanın qadın yazıçıları