Yevlax şəhər stadionu — Yevlax şəhərində fəaliyyət göstərən idman obyekti. 6000 nəfərlik azarkeş tutumuna malikdir.
Stadionunun tikintisinə 2004-cü ilin aprel ayında başlanmışdır və 2005-ci ildə tikintisi başa çatdırılmışdır. Stadionun tikintisinə 2 milyon 850 min manat vəsait xərclənib. Stadionun ümumi sahəsi 6,5 hektardır. Stadionun bir əsas oyun, bir təlim-məşq üçün yardımçı, bir süni örtüklü mini meydançaları var. İlk dəfə istifadəyə verilərkən 5000 yerlik idi AZƏRBAYCAN RESPUBLİKASI YEVLAX ŞƏHƏR İCRA HAKİMİYYƏTİ. 2011-dəki yenidənqurmadan sonra 6000 nəfərlikdir.
Stadionda Yevlaxın Karvan klubu öz ev oyunlarını keçirir.
2025-ci ildə təmir edilib, süni ot örtüyü salınıb.
İstinadlar
Xarici keçidlər Президент Ильхам Алиев ознакомился с ходом строительства стадиона в городе Евлахе Yevlax şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Евлахский городской стадион
Kateqoriya:Azərbaycandakı çoxməqsədli stadionlar Kateqoriya:Yevlax Kateqoriya:2005-ci ildə Azərbaycanda yarananlar Kateqoriya:Azərbaycan futbol stadionları