Məmmədov Səfərəli İbrahim oğlu () — Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı Laureatı, Azərbaycan Respublikasının Əməkdar inşaatçısı, Bakı şəhərinin fəxri vətəndaşı, Prezident təqaüdçüsü
Həyatı Səfərəli Məmmədov 30 dekabr 1929-cu ildə İsmayıllı rayonunun Əhən kəndində anadan olub. 1947-ci ildən Azərbaycan Sənaye Tikinti Nazirliyinin 4 nömrəli trestinin 48 nömrəli tikinti idarəsində 48 il çalışıb. Trestdə fəhləlikdən trestin Həmkarlar İttifaqının sədri vəzifəsinə qədər yüksəlmişdir.
Səfərəli Məmmədov 22 mart 2010-cu ildə vəfat etmişdir.
İstinadlar
Kateqoriya:Sosialist əməyi qəhrəmanları Kateqoriya:İsmayıllı rayonunda doğulanlar Kateqoriya:Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri Kateqoriya:Azərbaycan inşaatçıları Kateqoriya:Sov.İKP-nin XXIV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXVI qurultayının nümayəndələri