Mehdi Hənifə oğlu Hüseynzadə və ya ləqəbi ilə Mixaylo () — leytenant, azərbaycanlı partizan və təxribatçı, İkinci Dünya müharibəsi dövründə kəşfiyyat-təxribat qrupunun rəhbəri, Sovet İttifaqı Qəhrəmanı.

İkinci Dünya müharibəsi zamanı əsir düşsə də, düşərgədən qaçaraq Yuqoslaviya, Triest, İtaliya partizan dəstələri ilə Vermaxta qarşı mübarizə aparmış, çətin döyüş tapşırıqlarını və sabotaj əməliyyatlarını yerinə yetirmişdir.Məmmədağa Şiriyev. "Masallıdan qələbəyədək". Masallı 2018.

Həyatı

İkinci Dünya Müharibəsinə qədər Mehdi Hənifə oğlu Hüseynzadə 22 dekabr 1918-ci il tarixdə Bakının Novxanı kəndində anadan olmuşdur. Atası Hənifə Hüseynov (1881–1922) Hümmət təşkilatının üzvü olub, Azərbaycanda Sovet rejiminin qurulması üçün çalışan fəal döyüşçülərdən idi. Daha sonra, o, Azərbaycanın Polis rəisi olmuş, ölkə ərazisində quldurluğa qarşı mübarizə aparmış. Həyatının sonlarına yaxın Bakı Sovetinin inzibati şöbəsinin müdiri olmuşdur. Erkən yaşda atasını itirən Mehdi əvvəl anası, sonra isə bibisi tərəfindən böyüdülmüşdür. thumb|left|Soldan sağa: Mehdi Hüseynzadə, Səid Rüstəmov və Mürsəl Nəcəfov, 1930-cu il Mehdi Hüseynzadə 1925-ci ildə yazıçı Süleyman Sani Axundovun direktoru olduğu və sonradan 19 nömrəli Orta Məktəb adlanan 77 nömrəli natamam (7 illik) orta məktəbə daxil oldu. Mehdinin ilk müəllimi bəstəkar Səid Rüstəmov idi. 1932-ci ildə o, orta məktəbi bitirərək Bakı Rəssamlıq Məktəbinə daxil olmuşdur. Mehdi Hüseynzadə bu məktəbdə Kazım Kazımzadə, Əsgər Abbasov, Əli Zeynalov, Mürsəl Nəcəfov ilə birlikdə oxumuşdur. 1936-cı ildə buranı bitirmişdir. Onun diplom işinin mövzusu Qırmızı Ordu əsgərlərinin həyatı barədə idi və o, bu rəsmini "Qırmızı Ordu əsgərləri düşərgələrdə" adlandırmışdı. Məktəbi bitirdikdən sonra Mehdi Suraxanı qəsəbəsində ibtidai məktəblərdən birinə müəllim kimi göndərildi. O, burada bir neçə ay işlədi. Bununla yanaşı, o, Abbas Səhhət adına kitabxanada oxu zalının rəhbəri kimi də işləyirdi.

Daha sonra, Mehdi İncəsənət Akademiyasına qəbul olunmaq üçün Leninqrad şəhərinə getdi. Leninqrad İncəsənət Akademiyasına daxil ola bilmədikdən sonra o, Bakıya qayıdır və burada Məşədi Əzizbəyov adına kitabxanada iş tapır. Bir ildən sonra o, İncəsənət Akademiyasına qəbul olmaq niyyəti ilə yenidən Leninqrad şəhərinə gedir, lakin bu dəfə də ora qəbul ola bilmir və Leninqrad Xarici Dillər İnstitutunda Fransız dili fakültəsinə daxil olur. 1940-cı ildə V. İ. Lenin adına Azərbaycan Pedoqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsinin ikinci kursuna köçürülür. Onun bu instituta keçməsinin səbəbi poeziyaya və ədəbiyyata olan dərin sevgisindən irəli gəlirdi.

Müharibə illəri thumb|left|250px|Mehdi Hüseynzadənin Bakıda yaşadığı ev ("Nizami" metrosunun yanı) 1941-ci ilin 22 iyun tarixində Almaniya müharibə elan etmədən SSRİ-yə hücum etdi. Mehdi Hüseynzadənin ailəsi müharibə elanından Şüvəlandakı bağlarında xəbər tutdu. Kiçik bacısı Hürriyət xanım Əzizbəyovanın xatirələrində deyilir ki, bibisi qardaşı oğlunu bağda qalmağa inandırmağa çalışırdı. Mehdi isə onun çiyinlərini qucaqlayaraq dedi: "Mən bağda qala bilmərəm. Birdən, mənə hərbi komissarlıqdan çağırış gələr və mən isə evdə olmaram. Mən Komsomol üzvüyəm. Mənim vəzifəm Vətəni müdafiə etməkdir."

Bundan sonra, o, hərbi çağırışı gözləmək üçün şəhərə gedir. Artıq 9 avqust tarixində vətənsevər Mehdi Hüseynzadə hərbi xidmətə gedir. Qırmızı Ordu sıralarında olarkən K(b)P-ə qoşulur. thumb|190px|Mehdi Hüseynzadənin Tiflis Hərbi Məktəbində oxuduğu illərdən bəhs edən şəkli Tiflis hərbi-piyada məktəbini bitirdikdən sonra 1942-ci ildə Mehdi Hüseynzadəni cəhbəyə göndərdilər. Bu dövrdə şiddətli döyüşlər gedirdi. Minaatanlar taqımının komandiri vəzifəsində o, Stalinqrad döyüşündə iştirak etmişdir. Stalinqraddan kiçik bacısına yazdığı son məktubda deyilirdi:

Mehdi Hüseynzadə 1942-ci ildə 223-cü Qırmızı Bayraqlı Belqrad Atıcı Diviziyasının 1041-ci atıcı alayında taqım komandiri vəzifəsində xidmət etmişdir. 1942-ci ilin avqustunda Kalaç şəhəri ətrafındakı qanlı vuruşmaların birində ağır yaralanaraq alman əsgərlərinə əsir düşdü. Orada o, Cavad Həkimli və digərləri ilə bərabər Azərbaycan legionuna salındı.Григорий Жиляев. Записки партизана. Bakı, 1957 S.82–85. 1943-cü ilin ortalarında almanlar Ştrans (Almaniya) hərbi düşərgəsindən Yuqoslaviyanın, Triestin və İtaliyanın ərazisinə böyük miqdarda hərbi əsirlər, o cümlədən azərbaycanlılar gətirdilər. Hələ Almaniyada olarkən, Sovet hərbi əsirləri gizli antifaşist təşkilatı yaratmışdılar. Onların İtaliya və Yuqoslaviya partizanları ilə əlaqəsi var idi. Mehdi Hüseynzadə bu təşkilatın fəal üzvlərindən biri idi. 1943-cü ildə azərbaycanlı əsirlərin düşərgəsinin Şimali İtaliyada Udinə yaxın bir yerdə yerləşdiyi zaman o, alman komandanlığının ştabından "Harribaldçılar" partizan dəstəsinə qəfil hücum planını əldə etməyə müyəssər oldu. Partizanlar ilə gedib çıxmağı bacaran antifaşistlər (Rəşid Kərimov və Həsən Cabbarov) bu haqda onlara məlumat verdilər və partizanlara hücum edən polk Tolmin-Kobarid ətrafında böyük itkilər verərək geri çəkilməyə məcbur oldu. Antifaşistlərin özü isə nasistlər tərəfindən ələ keçirildi və öldürüldü.

Partizan "Mixaylo" 1944-cü ilin əvvəlində Mehdi Hüseynzadə bir qrup yoldaşları ilə İtaliyadakı düşərgədən qaçdı və Yuqoslaviya Xalq Azadlıq Ordusunun Sloven Sahilyanı 9-cu korpusunda fəaliyyət göstərən partizanlara qoşuldu. Burada azərbaycanlılardan ibarət İvan Qradnik adına üçüncü Sloveniya xalq-azadlıq briqadası dördüncü batalyonunun rus rotası yaradıldı.Stanko Petelin. Gradnikova brigada. — Ljubljana: Tiskarna "Jože Moškrič", 1983. — S. 314 Rotanın komandiri Cavad Həkimli, komissarı Mehdi Hüseynzadə oldu.Алиева Р. М. Азербайджанцы в европейском движении сопротивления. — Bakı: Vətən, 2005. — С. 31–32. Rota Aydovşçina şəhərindən şimal istiqamətində Angel dağı ətəyində yerləşən Otliça kəndində məskən salmışdı.Gora: Časopis o Gori, Gorjankah in Gorjanih, letnik 14, številka 45, Predmeja, april 2010. — S. 23. — ISSN 1408–7855. Bu zamandan başlayaraq, Mehdi Hüseynzadə ərazidəki partizan hərəkatının "Mixaylo" ləqəbli fəal iştirakçısı olur. Sloveniya partizanı, hərbi tarixçi Stanko Petelin onu bütün doqquzuncu korpusdakı "Ən yaxşı diversantlardan biri" adlandırır. Partizan Məhər Məmmədov öz xatirələrində yazırdı: Bu, 1944-cü ilin əvvəlində olmuşdu. Almanlar, yerli əhali və əsirlər o zaman bizə o qədər yaxşı tanış olmayan Mixaylo adını tez-tez çəkirdilər. O zaman bu, bizim üçün sirr idi. Amma tezliklə hər şey aydınlaşdı. Biz Mixaylo ilə əl-ələ faşistlərlə mübarizə aparmaq şərəfinə nail olduq. thumb|170px|left|Partizan Mixaylo, 1944-cü il. Yanvar ayının ortalarında Mixaylo öz döyüşçüləri ilə əhəmiyyətli topoqrafik xəritələri ələ keçirdilər. Növbəti ayda Mehdi Hüseynzadə alman zabiti formasında alman kazarmalarına daxil oldu, yanğınsöndürənlərə mina döşəyib mərkəzi binanı partlatdı.

Aprel ayının 2-də Mehdi Hüseynzadə Mirdaməd Seyidov ilə birgə Triest şəhəri yaxınlığında yerləşən Opçine () yaşayış məntəqəsindəki kinoteatr binasını kinoseans zamanı partlatdı.Stanko Petelin. Gradnikova brigada. — Ljubljana, 1983. — S. 352. Onlar kinoteatr zalına girərək gözə çarpmadan kürsünün altına mina quraşdırıb binanı tərk etdilər. Partlayış nəticəsində 80 nəfər öldü, 60 nəfər ağır, eyni zamanda 200 alman əsgəri yüngül yaralandı. Onlardan 40 nəfəri hərbi hospitalda aldıqları yaralardan öldü. Mixaylo aprel ayının 22-də ikinci böyük diversiyanı həyata keçirir. Bia Qeqa küçəsində "Əsgər evi" olan alman restoranının binası partladılır. Mehdi Hüseynzadə və Mirdaməd Seyidov alman əsgərlərinə məxsus hərbi geyimdə olduqları halda restorana girib əvvəlcədən detonatorların ampulalarını əzdilər. Onlar stol arxasında iki yer tutaraq stolun altında partlayıcı çantanı qoyub zaldan talon almaq adı altında çıxaraq oradan da küçəyə çıxdılar. Alman barı havaya uçduqdan sonra hitlerçilər iki sutka ərzində dağıntıların altından ölüləri və yaralıları çıxarırdılar. İtalyan faşist qəzeti olan "İl Pikkolo"-nun 23 aprel tarixində dərc etdiyi məqalədə deyilirdi: Шаламова Л. Великий Октябрь и Советский Азербайджан (Экспонаты рассказывают) — Bakı: Elm, 1977. — S. 115–116."Partlayışı törətməkdə təqsirləndirilən və elə bu binada yerləşən bərbərxanadakı insanlar gestapoçular tərəfindən tutularaq edam edildi.

Yenə Triest şəhərində Mixaylo "İl Pikkolo" qəzetinin redaksiyasını və tipoqrafiyasını partlatdı. Bir müddət keçəndən sonra Mehdi öz yoldaşı Əli Tağıyev və antifaşist Hans Fris ilə daha bir diversiya törətdilər: 24 vaqondan ibarət alman əmlak qatarının keçdiyi Postoyna dəmiryolu stansiyası yaxınlığındakı körpünü partlatdılar.

Partizan qərargahının qərarına əsasən, Mixaylo və M. Seyidov gestapo mayoru N. Kertneri edam etdilər. Yayın sonunda diviziya rəhbərliyinin tapşırığı ilə Mehdi Hüseynzadə və Əkbər Ağayev ilə birgə partizan taqımının başında geri çəkilən alman hissələrinə qarşı əməliyyat apardı. Döyüşdə çoxlu alman əsgər və zabiti həlak oldu, düşmənin ondan çox yük maşını məhv edildi.

Sentyabr ayında Mehdi Hüseynzadə alman texniki xidmət zabiti formasında düşmən aerodromuna daxil oldu və gecikdirilmiş təsirə malik minanın köməyi ilə 2 təyyarə və 25 avtomaşın partlatdı. Həmin ay Mixaylo daha bir diversiya həyata keçirdi. O, alman zabiti formasında motosikl ilə silahsız təlim marşında olan faşist rotasına yaxınlaşdı və avtomat ilə iyirmidən artıq düşmən əsgərini güllələyib bir anda yoxa çıxdı. Mixaylo Qoriça şəhərində hərbi silah-sursat ilə dolu alman maşınını qaçırmağa müvəffəq oldu. O, Opçine şəhərində yüksəkgərginlikli elektrik stansiyasının transformatorunu partlatdı.

Oktyabr ayında Mixaylonun komandanlığı altında partizanlar yerli həbsxanaya hücum etdilər. Vermaxt zabiti formasını geyinmiş Mehdi Hüseynzadə alman əsgəri formasında olan iki partizan ilə birgə hərbi əsirlərin əhatəsində alman həbsxanasının darvazasına yaxınlaşdılar və keşikçidən qapını açmağı tələb etdilər. Həbsxananın ərazisinə daxil olan kimi Mehdi Hüseynzadə və yoldaşları keşikçilərin silahını aldılar və bütün kameraların qapısını açıb 700 hərbi əsiri, o cümlədən 147 sovet hərbçisini azad etdilər. Həbsxana rəisi də tutularaq partizan qərargahına gətirildi. Növbəti gün faşist radiosu xəbər verdi ki, güya həbsxanaya üç minlik partizan diviziyası hücum edib. Bundan əlavə, aksiyaların biri zamanı Mixaylo banka girərək bir milyon italyan pulu götümüş və partizan qərargahına təhvil vermişdi.

Mehdi Hüseynzadə uzaq Adriatikdə döyüşərkən, öz vətənini xatırlamaqdan yorulmurdu. Öz şeirlərindən birində vətənini xüsusi istiqanlılıq ilə yad edirdi: Kaş ki, mən bir sarı yarpaq olaydım, Sabahın yelləri alaydı məni; Aşaraq o qarlı, uca dağları, Vətən torpağına salaydı məni…Şəmistan Əzizli. Əfsanəvi Mixaylo. — Bakı: Qələm Nəşriyyatı, 2013, — S.84

Onun 1943-cü ildə vətəndən uzaqda yazdığı bir bəndlik şeir vətəninə olan məhəbbətini xarakterizə edir: Süd verib qoynunda bəslədin məni, Mən sənin gözündə qurbanam, Vətən! Qoymaram incidə yad ellər səni, Bil ki, etibarlı oğlunam, Vətən!Şəmistan Əzizli. Əfsanəvi Mixaylo. — Bakı: Qələm Nəşriyyatı, 2013, — S.85