Serra da Kapivara Milli Parkı — Cənubi Amerikada, Braziliya respublikasında milli park. Dünya irsi siyahısına düşmüşdür.

Haqqında Şimal-şərqi Braziliyada yerləşən Serra da Kapivara Milli Parkında bir çox qayada qədim şəkillər tapılmışdır və bu şəkillərin bəziləri 25.000 ildən də qədimdir. Bu şəkillər Cənubi Amerikadakı ən qədim insanların şahididir. Parkda 300-dən çox arxeoloji bölgə tapılmışdır. Bunlardan çoxu 50.000–30.000 illik qaya rəsmləri ilə bəzədilib. Bu qaya rəsmləri ortaya çıxdıqca o bölgə xalqının dini inancları və həyatları haqqında da məlumat əldə edilməkdədir. Buradakı ən qədim qaya rəsmləri e.ə. 26.000–22.000-ci illərə aiddir. Bir çox şəkil də e.ə. 10.000–4.000-ci illərin Nordest və Aqrest mədəniyyətlərinə aiddir. Bu bölgələr 1960-cı ildən sonra kəşf edilmişdir.

İstinadlar

Kateqoriya:Braziliya milli parkları Kateqoriya:Piaui coğrafiyası Kateqoriya:1979-cu ildə yaradılmış qoruq əraziləri Kateqoriya:Braziliyadakı ümumdünya irsi Kateqoriya:Kateqoriya BTMİ II