Düzələn səhvlər (, kantonca: Zhi fa xian feng) — 1986-cı ildə döyüş janrında çəkilən filmdir. Filmin ABŞ versiyasında adı "Qanun naminə" () kimi səslənir.
Məzmun Hsia Linq-Çenq mafiya başçısını müxtəlif cinayətlərlə bağlı ittiham edən cavan vəkildir. Lakin Yeni Zelandiyada son məhkəmə ərəfəsində əsas şahid naməlum səbəbdən silahlılar tərəfindən öldürülür və Hsia onu xilas edə bilmir. Bu səbəbdən Hsia Linq-Çenq məhkəmə işi ilə şəxsən məşğul olmağa başlayır...
Rollarda Ad Kantonca orijinal rolu İngiliscə rolu Qeydlər Yuan Byao Hsia Linq-Çenq Ceyson Çan vəkil Sintiya Rotrok senyor müfəttiş Sindi Si Sendi Cons Kori Yen Coe Do Coe Do Vu Ma Tsia dayı Coenin atası Ceyms Tien Çou Tinq-kvonq Conni Kvonq Sendi Çan Hsia Linq-çinin qız dostu Pit Kanninqhem Qara Assassin Karen Şeperd Karen Karen
Maraqlı faktlar Filmin Kanton, Mandarin və İngilis versiyalarında sonluğu fərqlənir. Kanton versiyasının sonluğunda Hsia ölür. İngilis versiyasında Hsia sağ qalır və 8 il iş verilir. Mandarin versiyasında isə Hsia sağ qalır və ona ömürlük iş verilir. Sintiya Rotrok Kanton və Mandarin dillərini bilməməsi səbəbindən, filmdə ingiliscə danışırdı. Film çəkilişindən sonra onun səsləndirdiyi ingiliscə danışığı Kanton və Mandarin dillərində səsləndirilmişdir. Filmdə onun ifa etdiyi Sindi personajı son səhnədə öldürülür. Lakin alternatv iki versiyada Sindi sağ qalır. Filmin son epizodunda götərilən təyyarə səhnəsi Yeni Zelandiyada çəkilmişdir. Filmin orijinal adı "Düzələn səhvlər" kimi səslənir. Filmin ingiliscə variantında səslənən "Qanun naminə" adı, həmçinin, 2007-ci ildə "The Weinstein Company" kompaniyasının "Dragon Dynasty" leyblında istehsal etdiyi ABŞ DVD variantında eynidir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Döyüş incəsənət filmləri Kateqoriya:1986-cı ilin filmləri Kateqoriya:Polis detektiv filmləri Kateqoriya:Girls with guns filmləri Kateqoriya:Golden Harvest filmləri Kateqoriya:Honkonqun döyüş filmləri