Aleks Dimitri Sonq Bilonq (; ), daha çox Aleks Sonq kimi tanınır — Cibutinin "Arta/Solar7" klubunda mərkəzi və müdafiəyə meyilli yarımhücumçu qismində çıxış edən Kamerun futbolçusu. O, həmçinin mərkəz müdafiəçisi mövqeyində oynayır.
2008-2009 mövsümündən "Arsenal" klubunun önəmli oyunçusuna çevrilən Sonq 2012-ci ildə 15 milyon avroya "Barselona"ya transfer olundu.
O, 2010 və 2014-cü illərdə keçirilən Dünya Çempionatlarında Kamerun millisini təmsil etmişdir.2010 FIFA World Cup™ – Alexandre SONG . FIFA. O, həmçinin 2010 Afrika Millətlər Kubokunda iştirak etmək üçün milliyə cəlb edilmişdir və yeganə Kamerun oyunçusu idi ki, adı "Turnirin Heyəti"nə salınmışdır. Sonq həmçinin Fransa vətəndaşıdır. O, keçmiş futbolçu Riqober Sonqun qardaşı oğludur.
Həyatı Sonq Kamerunun Duala şəhərində anadan olmuşdur və üç yaşındaykən atası vəfat etmişdi. O andan sonra əmisi Riqober Sonq ona ata əvəzi olmuşdur və futbolçu karyerasını seçməkdə böyük təsir göstərmişdir. Bacarıqlarını inkişaf etdirə biləcəyi bir klub və ya akademiya tapa bilməyən Petit Sonq (Kamerunda onu belə çağırılar) 16 yaşında "Bastiya" klubuna yollanaraq Fransaya köçməyi seçdi. Sonqa gənclik illərində ən çox ilham verən oyunçulardan biri Maykl Essyen idi.
İstinadlar
Sonq Sonq Sonq Sonq Sonq Sonq Sonq Sonq Sonq Sonq Sonq Sonq Sonq Sonq Sonq Sonq Sonq Sonq Sonq Sonq Sonq Sonq Sonq Sonq Sonq Sonq Sonq Sonq Sonq Sonq Sonq Sonq Sonq Sonq Sonq Sonq Sonq Sonq Sonq Sonq Kateqoriya:Fransanın kişi futbolçuları Kateqoriya:İtaliya A Seriyası futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:İspaniyadakı əcnəbi kişi futbolçular