Vilyam Vikri (; ) — Kanadada anadan olmuş, ABŞ-də vəfat etmiş iqtisadçı. 1996-cı ildə Ceyms Mirrlislə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.
Həyatı Vilyam Vikri Kanadanın Britaniya Kolumbiyası əyalətinin Viktoriya şəhərində anadan olub. Vilyam Vikri 1935-ci ildə Yel Universitetinin riyaziyyat bölməsindən məzun olmuşdur. Sonra Kolumbiya Universitetində 1937-ci ildə magistr, 1948-ci ildə doktorluq dərəcəsinə yüksəlmişdi. Vilyam Vikri 1951-ci ildə Sesilya Tomson ilə evlənir. Vilyam Vikri 11 oktyabr 1996-cı ildə ABŞ-nin Nyu York şəhərində ürək çatışmazlığından vəfat etmişdir.
Həmçinin bax İqtisadiyyat üzrə Nobel mükafatı İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı
İstinadlar
Xarici keçidlər Vilyam Vikri haqqında Nobel mükafatı e-muzeyində məlumat Vilyam Vikri haqqında faktlar Vilyam Vikrinin İqtisadiyat üzrə Nobel mükafatının təqdim olunma mərasimindəki çıxışı
Kateqoriya:Kanada iqtisadçıları Kateqoriya:İqtisadiyyat üzrə Nobel mükafatı laureatları Kateqoriya:Yel Universitetinin məzunları Kateqoriya:Kolumbiya Universitetinin məzunları Kateqoriya:Kanadada doğulanlar Kateqoriya:Nyu-Yorkda vəfat edənlər Kateqoriya:Ürək çatışmazlığından ölənlər Kateqoriya:ABŞ protestantları Kateqoriya:ABŞ iqtisadçıları Kateqoriya:XX əsr iqtisadçıları Kateqoriya:Kolumbiya Universitetinin müəllimləri Kateqoriya:Kvakerlər Kateqoriya:Oyun nəzəriyyəçiləri