Mirzəağa Mirzəyev () — Azərbaycan aktyoru.
Həyatı
Mirzəyev Mirzəağa Yaşar oğlu 1990-cı il yanvar ayının 17-də Bakı şəhərində anadan olub. 2007-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin «Dram rejissoru» fakültəsinə daxil olub. 2008-ci ildə Abdulla Şaiq adına Kukla Teatrında aktyor kimi fəaliyyət göstərib. 2010-cu ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor vəzifəsində çalışır.
Teatr səhnəsindəki rolları 1. Aqil - («Mənim ağ göyərçinim» T.Vəliyeva) 2. Orxan - («Mən səni sevirəm» Ə.Əmirli) 3. Şahzadə - («Göyçək Fatma» Azərbaycan Xalq nağılı) 4. Romeo - («Romeo və Cülyetta» U.Şekspir) 5. Adil – («Buzovna kəndinin əhvalatları» Elçin) 6. Qara qüvvə, Məlikməmməd – («Şahzadə Xəzərin nağılı» K.Ağabalayev, N.Kazımov) 7. Dorset - markiz - (“III Riçard”, U.Şekspir) 8. Şir - (“Biri vardı, biri yox” Ə.Ol) 9. Alabaş - (“Möcüzəli turp” Rus Xalq nağılı) 10. Bosxomci - (“Qohumlar” V.Şuqrayeva, Ə.Əmirli)
Filmoqrafiya 3 bacı (film, 2012-2014) (bədii serial) (aktyorlarla iş üzrə prodüser, ikinci rejissor, icraçı prodüser, rol: psixoloq; cəllad; işıqçı; polis) Son iclas (film, 2018) (sənədli və tarixi film) (Fətəli Xan Xoyski-obrazında çıxış etmişdir)
Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları