Məmmədbağır Bağırzadə () — müğənni, bəstəkar. Azərbaycanın xalq artisti (2002).
Həyat və yaradıcılığı Məmmədbağır Bağırzadə 21 iyul 1950-ci ildə Bakının Nardaran kəndində dünyaya gəlmişdir.
Məmmədbağır Bağırzadənin sənət yolu toylardan və el şənliklərindən başlamışdır. O adətən öz mahnılarını oxusa da, klassik, müasir bəstəkar və şairlərin yaradıcılığına müntəzəm müraciət edirdi. Xüsusilə də, şairə Zivər Ağayeva ilə qurduğu yaradıcılıq əlaqələri nəticəsində Azərbaycan milli musiqi sənətinə çox sayda gözəl mahnılar bəxş etmişdir.
Məmmədbağır Bağırzadəni televiziyaya gətirən və onun yaradıcılığında xüsusi rol oynayan bəstəkar Ələkbər Tağıyev olmuşdur. Müğənninin repertuarına Oqtay Kazıminin, Nəriman Məmmədovun, Tahir Əkbərin və digərlərinin mahnıları da daxil idi.
30 oktyabr 2005-ci ildə Bakı şəhərində vəfat etmişdir. Nardaran qəbristanlığında dəfn edilmişdir
Repertuarı Can Azərbaycan Səməni nazlı gəlin (Şəkərbura-paxlava) — söz və musiqi: Məmmədbağır Bağırzadə Hülya — söz və musiqi: Məmmədbağır Bağırzadə İstəmir məni — musiqi: Məmmədbağır Bağırzadə, söz: Əliağa Vahid Darıxıram sənin üçün — musiqi: Məmmədbağır Bağırzadə, söz: Ə. Şahin Sən gəlməz oldun — musiqi: Ələkbər Tağıyev, sözlər: Mədinə Gülgün Azərbaycan oğluyam — musiqi: Ələkbər Tağıyev, sözlər: Hafiz Baxış Gecə yaman uzundur — musiqi: Firəngiz Babayeva, sözlər: Fikrət Qoca Sənli günlərim musiqi: Oqtay Kazımi, sözlər: Ruzigar Əfəndiyeva Tello musiqi: Oqtay Kazımi, sözlər: Vahid Əziz Bağban — musiqi: Ş. Fazil Nəvə — musiqi: Zivər Ağayeva Muğam Dilkeş təsnifi Naz-naz Dözə bilmədim Qudam
İstinadlar
Xarici keçidlər Лейла Рамазанлы посвятила проект памяти Мамедбагира Багирзаде (видео-фото) Məmmədbağır Bağırzadə ilə bağlı şok fakt: "Ailəsi Fəxri Xiyabanda dəfn etməyə qoymadı"
Kateqoriya:Azərbaycan müğənniləri Kateqoriya:Azərbaycan Respublikasının xalq artistləri Kateqoriya:Nardaranda doğulanlar Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri Kateqoriya:Azərbaycan bəstəkarları Kateqoriya:XX əsr müğənniləri Kateqoriya:XXI əsr müğənniləri Kateqoriya:XX əsr bəstəkarları Kateqoriya:XXI əsr bəstəkarları