Sıxlıq — cismin kütləsinin onun həcminə nisbətinə bərabər olan fiziki kəmiyyətə deyilir. BS-də vahidi kq/m³-dir. Sıxlıq skalyar kəmiyyətdir. Maddələrin sıxlıqları müxtəlif olur. Suyun sıxlığı 1000 kq/m³-dir.
Düsturu Sıxlığın düsturu aşağıdakı kimi ifadə olunur:
Burada "m" — cismin kütləsi, "V" — cismin həcmidir. Sıxlığın BS-də vahidi kq/m³, SQS-də isə q/sm³-dir.
Bəzən qazların sıxlıqlarını hesablayan zaman aşağıdakı düsturdan istifadə edilir.
Burada "M" — qazın molyar kütləsi, — qazın molyar həcmidir (normal həcmdə qazın həcmi 22,4 l/mol-dur).
Bir sıra qazların sıxlığı + Qazların və buxarların sıxlığı (0 °C, 101, kq/m³ Azot 1,250 Oksigen 1,429 Ammonyak 0,771 Kripton 3,743 Arqon 1,784 Ksenon 5,851 Hidrogen 0,090 Metan 0,717 Su buxarı (100 °C) 0,598 Neon 0,900 Hava 1,293 Karbon qazı 1,977 Xlor 3,164 Helium 0,178 Etilen 1,260
İstinadlar
Kateqoriya:Fiziki kəmiyyətlər