Ədəbiyyatda Fərhad və Şirin (Nəvai) — Əlişir Nəvainin 1484-cü ildə yazılmış əsəri. Fərhad və Şirin (Vəhşi) — fars şairi Vəhşi Bafqinin (1531-1583) əsəri. Şirin və Fərhad (Kövsəri) — Əqil Kövsəri Ərdəbili tərəfindən 1605-ci ildə yazılmış əsər. Fərhad və Şirin (Tubıli) — tatar şairi Əxmətcan Tubıli tərəfindən 1879-ci ildə yazılmış əsərFərhad və Şirin . Fərhad və Şirin (Nakam) — İsmayıl bəy Nakam (1829-1906) tərəfindən 1898-ci ildə yazılmış əsər. Fərhad və Şirin (S.Vurğun) — Səməd Vurğun tərəfindən 1941-ci ildə Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının təsiri ilə yazılmış dram əsəri. Fərhad ilə Şirin (N.Hikmət) — Nazim Hikmətin 1948-ci ildə yazdığı pyes. 1961-ci ildə bu pyes əsasında Arif Məlikov "Məhəbbət əfsanəsi" baletini yazmışdır.
Musiqidə Fərhad və Şirin (opera) — 1910-cu ildə Aleksandr Oqenezaşvili və Mirzə Cəlal Yusifzadə tərəfindən yazılmış və 6 mart 1911-ci ildə Bakıda səhnələşdirilmiş Azərbaycandilli opera.
Həmçinin bax Xosrov və Şirin Xosrov və Şirin (dəqiqləşdirmə) Məhəbbət əfsanəsi (balet) Azərbaycan teatr tamaşalarının videoları (F)
İstinadlar
Kateqoriya:İran mifologiyası