Vasif Məmməd Ağa oğlu Babazadə () — Azərbaycan geoloqu, geologiya-minerologiya elmləri doktoru (1975), BDU-nun professoru (1977), Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü (akademik) (2014), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978), əməkdar elm xadimi (2000), "Şöhrət" ordenli (2009), "Şərəf" ordenli (2018).

Qısa biblioqrafik məkumat 1938-ci il sentyabrın 02-də Bakı şəhərində anadan olub. 1945–1955-ci illərdə 1 və 7 saylı Bakı şəhər orta məktəblərində oxuyub. 1955–1960-cı illər – Azərbaycan Dövlət Universitetinin (hazırda – BDU) geologiya- coğrafiya fakültəsində oxumuş və mühəndis-geoloq ixtisasına yiyələnmişdir. 1959–1961-ci illər SSRİ Geologiya Nazirliyi 1 saylı Geoloji-Kəşfiyyat Trestinin Qafqaz Kompleks Geoloji Ekspedisiyası (Şimali Qafqaz) 1961-ci ildən – BDU-da çalışır.

Təltif və mükafatları Təbii resurslardan səmərəli istifadə etmə sahəsində əsərlər silsiləsinə görə Dövlət mükafatı laureatı (1978). Əməkdar elm xadimi (2000), Bakı Dövlət Universitetinin "İlin alimi" (2007). "Şöhrət" ordeni (2009), AMEA-nın akademik Musa Əliyev adına adlı mükafatı (2017). Gürcüstan Milli Elmlər Akademiyasının akademik Aleksandr Tvalçrelidze adına adlı mükafatı (Tbilisi, 2018). "Şərəf" ordeni (2018).

Təhsili, elmi dərəcə və elmi adları 1960-cı ildə ADU-nu bitirmişdir Namizədlik (PhD) dissertasiyası: "Kiçik Qafqazın ofiolit zolağının xromit yataqlarının geoloji əmələ gəlmə və yerləşmə şəraitləri". Bakı,1964 Dosent, 1965 Doktorluq dissertasiyası: "Sevan-Qarabağ zonasının endogen filiz formasiyaları" (Kiçik Qafqaz). Novosibirsk,1975 Professor, 1977 Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü,(akademik) (2014)

Əmək fəaliyyəti 1959–1961 – SSRİ Geologiya Nazirliyi, I saylı Geoloji-kəşfiyyat Trestinin Qafqaz Kompleks Geoloji-Kəşfiyyat ekspedisiyası – böyük kollektor, böyük geoloq, geoloji kəşfiyyat partiyasının rəisi – Şimali Qafqaz, Pyatiqorsk şəhəri 1961–1964 – ADU, qiyabi aspirant – kiçik elmi işçi, əyani aspirant 1964–1965 – ADU, geologiya-coğrafiya fakültəsi, Faydalı qazıntılar kafedrasının müəllimi 1966–1976 – Faydalı qazıntılar kafedrasının dosenti 1967–1968 – Geologiya-coğrafiya fakültəsinin dekan müavini 1977 – Faydalı qazıntılar kafedrasının professoru 1973–1980 – Geologiya-coğrafiya fakültəsinin dekanı 1986-h/h – Faydalı qazıntılar kafedrasının müdiri 1989-h/h – Yer ehtiyatların aerokosmik tədqiqatları ETL-in elmi rəhbəri "Faydalı qazıntıların geologiyası" fənnini tədris edir

Çapdan çıxmış elmi əsərlərin ümumi sayı 350-dən artıq elmi əsəri vardır, o cümlədən 40 monoqrafiya və dərsliyin, 3 nəşr olunmuş strateji əhəmiyyətli xəritələrin müəllifidir. Xaricdə çap edilmiş əsərlərinin sayı — 80, beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdiriliən jurnallarda çap olunan məqalələrin sayı — 35

Kadr hazırlığı 11 elmlər doktoru və 30 elmlər namizədi (və fəlsəfə doktoru) hazırlamışdır

Əsas elmi nailiyyətləri İlk dəfə olaraq yerin ofiolit gurşağının metallogeniyasını işləmiş, Kiçik Qafqazın böyük uzunluqlu civə qurşağını ayırmış, Cənubi Qafqazda uzun müddət endogen aktivliyini itirməyən lineament zonalar və həlqəvi strukturlar müəyyən etmişdir. Azərbaycanın kosmotektonik xəritəsini (miqyas 1:600.000), Azərbaycanın faydalı qazıntı yataqlarının proqnozlaşdırılması ilə regional çatlılıq xəritəsini (miqyas 1:600.000), Naxçıvan Muxtar Respublikasının kosmotektonik xəritəsini (miqyas 1:200.000) tərtib etmiş, Aralıq dənizi metallogenik qurşağının ayrı-ayrı seqmentlərinin öyrənilməsində formasion analizi tətbiq etmiş, filiz-maqmatik sistemlərin geoloji-genetik modellerini işləyib hazırlamış, ada qövsləri paleosistemlərinin nəcib metal saxlayan sulfid yataqlarının metallogenik xüsusiyyətlərini və geodinamik inkişaf şəraitini təhlil etmişdir. Azərbaycanın qızıl, mis, molibden və xromit yataqlarının proqnozlaşdırılmasını və sənaye perspektivliyinin qiymətləndirilməsini həyata keçirmiş, respublikanın ayrı-ayrı struktur-formasion zonalarında qara, əlvan və nəcib metal yataqlarının aşkar edilməsini nəzəri cəhətdən əsaslandırmışdır.

Digər fəaliyyətləri "Xidməti istifadə üçün" qrifi altında ekspert kimi elmi-tətbiqi tutumlu layihələr hazırlamış, "Yerin təki haqqında" (1998) və "Təhsil haqqında" (2009) Qanunların hazırlanmasında yaxından iştirak etmişdir. Azərbaycan Respublikası Ağsaqqallar Şurası Məclisinin üzvüdür.

Tədqiqat sahəsi Faydalı qazıntı yataqlarının geologiyası; metallogeniya

Beynəlxalq seminar , simpozium və konfranslarda iştirakı AFR, Rusiya, Çin, Türkiyə, İran, İspaniya, Albaniya, Gürcüstan, Serbiya, Ukrayna və digər ölkələr

Elmi əsərləri 1967, Kiçik Qafqazın ofiolit qurşağında xromit filizləşməsinin geoloji əmələ gəlmə və yerləşmə şəraiti. Bakı, Azərnəşr, monoqrafiya (rus dilində), 166 səh. 1974, Kiçik Qafqazın civə yataqlarının geologiyası. Bakı, Azərnəşr, monoqrafiya (rus dilində), 228 səh. 1976, SSRİ-nin Geologiyası, 47-cild (Azərbayjan), II hissə. Faydalı qazıntılar. Moskva, Nedra, müştərək monoqrafiya (rus dilində), 407 səh. 1982, Geoloji-kəşfiyyat işləri (geoloji-kəşfiyyat işlərinin texnikası). Bakı, ADU, dərs vəsaiti (azərbaycan dilində), 87 səh. 1983, Geoloji-kəşfiyyat işləri (faydalı qazıntı yataqlarının axtarışı, kəşfiyyatı, sınaqlanması və ehtiyatın hesablanması). Bakı, ADU, dərs vəsaiti (azərbaycan dilində), 110 səh. 1986, Filiz və qeyri-filiz faydalı qazıntı yataqları. Bakı, Maarif, dərslik (azərbaycan dilində), 336 səh. 1990, Azərbaycanın endogen filiz formasiyaları. Bakı, Azərnəşr, monoqrafiya (rus dilində), 280 səh. 1990, Mis- və molibden-porfir yataqları. Bakı, Azərnəşr, monoqrafiya (rus dilində), 368 səh. 1992, Riyazi statistikasının geologiyada tətbiqi. Bakı, ADU, dərs vəsaiti (azərbaycan dilində), (müştərək), 223 səh. 1995, Faydalı qazıntı yataqlarının sınaqlanması və ehtiyatların hesablanması. Bakı, Sabah, dərs vəsaiti (azərbaycan dilində), 99 səh. 1996, Filiz sahələri və yataqlarının strukturu. Bakı, Sabah, dərs vəsaiti (azərbaycan dilində), (müştərək), 147 səh. 1998, Geologiya elminin tarixi və metodologiyası. Bakı, BDU nəşr, dərs vəsaiti (azərbaycan dilində), (müştərək), 125 səh. 2000, Maqmatik formasiyalar. Bakı, Nafta-Press, dərslik (azərbaycan dilində), (müştərək), 235 səh. 2000, Naxçıvan Muxtar Respublikasının kosmotektonik xəritəsi (miqyas 1:200.000). Bakı, Kartoqrafiya fabriki, (redaktor və həmmüəllif). 2001, Azərbaycanın civə, sürmə və mərgümüş yataqları. Bakı, Nafta-Press, monoqrafiya (rus dilində), 143 səh. 2001, Azərbaycanın qızıl səpintiləri. Bakı, Nafta-Press, monoqrafiya (rus dilində), 157 səh. 2003, Azərbaycan qızılı. Bakı, Azərbaycan Milli Ensiklopediyası, monoqrafiya (rus dilində), 423 səh. 2003, Azərbaycanın filiz formasiyaları və metallogenik zonaları. Bakı, Azərbaycan Milli Ensiklopediyası, monoqrafiya (rus dilində), 276 səh. 2003, Azərbaycanın barit qurşağı. Bakı, Adiloğlu, monoqrafiya (rus dilində), 243 səh. 2005, Azərbaycanın mineral-xammal resursları. Bakı, Ozan, monoqrafiya (rus dilində), 808 səh. 2005, Şüşə xammalı yataqlarının geologiyası. Bakı, Ozan, monoqrafiya (rus dilində), 151 səh. 2005, Metal ve qeyri-metal yataqları. Təbriz, İranın Geoloji Xidməti, monoqrafiya (fars dilində), 547 səh. 2007, Faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı. Bakı, BDU nəşr., dərslik (azərbaycan dilində), (müştərək), 396 səh. 2007, Petroqrafiya. Bakı, BDU nəşr., dərslik (azərbaycan dilində), (müştərək), 512 səh. 2007, Faydalı qazıntı yataqlarının kəşfiyyatının texnikası. Bakı, dərslik (azərbaycan dilində), 236 səh. 2007, Azərbaycanın kosmotektonik xəritəsi (miqyas 1:600.000). Bakı, Kartoqrafiya fabriki, (redaktor və həmmüəllif). 2007, Aralıq dənizi qurşağının Qafqaz seqmentinin faydalı qazıntı yataqlarının tektonik inkişafı, əmələ gəlməsinin geodinamik şəraiti və yerləşmə qanunauyğunluqları (Azərbaycan). Bakı, Oğuz eli, monoqrafiya (rus dilində), 148 səh. 2008, Azərbaycanın faydalı qazıntı yataqlarının proqnozlaşdırılması ilə regional çatlılıq xəritəsi (miqyas 1:600.000). Bakı, Kartoqrafiya fabriki, (redaktor və həmmüəllif). 2009, Qondvananın donmuş parçası. Bakı, "Ziya" nəşr., monoqrafiya, (azərbaycan dilində), (müştərək), 224 səh. 2011, Orta Xəzər şelfinin ekoloji geokimyası. Bakı, BDU nəşr, monoqrafiya (rus dilində), 377 səh. 2012, Nəcib metal filiz-maqmatik sistemləri. Bakı, BDU nəşr, monoqrafiya (rus dilində), 276 səh. 2012, Ekoloji geologiya. Bakı, "Elm və təhsil" nəşr, dərslik (azərbaycan dilində), 384 səh. 2012, İqtisadi geologiya. Bakı, BDU nəşr, dərslik (azərbaycan dilində), 300 səh. 2013, Kiçik Qafqazın cənubunun endogen metallogeniyası və nəcib metal filizləşməsinin proqnozu. Bakı, BDU nəşr, monoqrafiya (rus dilində), 316 səh. 2013, Filiz sahələri və yataqlarının strukturları. Bakı, dərslik (azərbaycan dilində), (müştərək), 288 səh. 2013, Faydalı qazıntıların geologiyası. Dərslik. I hissə. Bakı, BDU nəşr. (azərbaycan dilində), 284 səh. 2013, Faydalı qazıntıların geologiyası. Dərslik. II hissə (Filiiz faydalı qazıntıları), Bakı, BDU nəşr. (azərbaycan dilində), 492 səh. 2013, Faydalı qazıntıların geologiyası. Dərslik. III və IV hissələr (Qeyri-filiz faydalı qazıntıları, Bərk yanar faydalı qazıntılar). Bakı, BDU nəşr, 316 səh. 2014, Geoekoloji monitorinq. Bakı, "CBS" nəşr, monoqrafiya (azərbaycan dilində), 424 səh. 2015, Ada qövsləri paleosistemlərinin qızılsaxlayan sulfid yataqları, onların metallogenik xüsusiyyətləri və geodinamik inkişaf şəraiti. Bakı, "CBS" nəşr, monoqrafiya (rus dilində), 400 səh 2015, Kosmik geologiyanın əsasları, Bakı, "ISBN" mərkəzi, dərslik (azərbaycan dilində), (müştərək), 354 səh. 2017, Alp dağlıq-qırışıqlıq qurşağının mərkəzi seqmentinin filiz yataqları və onların mənşəyi problemi. Bakı, "CBS" nəşr, monoqrafiya (rus dilində), 288 səh. 2018, "Magmatism of the Earth and related strategic metal deposits". Abstracts of XXXV International Conference. Vernadsky Institute of Geochemistry and Anlytical Chemistry of Russian Academy of Sciences (GEOKHI RAS). 3–7 September

Dövlət və Beynəlxalq proqram və qrant layihələrinin qalıbı "Cənubi Qafqazın qızıl yataqları: onların genezisi və axtarış əlamətləri" 01.09.2005–01.09.2007 Avard number: SCI – 010000 – SC – 05 U. S. Civilian Research & Development Foundation (USA, CRDF); "Kiçik Qafqazın vulkano-plutonik komplekslərinin mis filizi yataqları: onların genezisi və axtarış perspektivləri" 01.03.2007–01.03.2009 INTAS Ref. № 06 – 1000017 – 9365 SCOPES (İsveçrə) — IZ Sc 7320–128324, 2009–2012-ci illər 2011–2013 — Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı fondunun EİF-2011–1(3) — "Kiçik Qafqaz ada paleoqövslərinin vulkano-plutonik komplekslərində inteqral geoloji-genetik modellərin dinamik filizəmələgətirmə sistemləri və qızıl filizi yataqlarının məkan-zaman təkamülü".

Respublika, Beynəlxalq və xarici ölkələrin elmi qurumlarında üzvlüyü Bakı Dövlət Universitetinin Tədris-Metodiki Şurasının sədri; Bakı Dövlət Universitetinin Elmi şurasının üzvü; Bakı Universitetinin Xəbərləri (Təbiət elmləri seriyası) jurnalının elmi redaktoru; BDU nəzdində fəaliyyət göstərən FD.02.195 Dissertasiya Şurasının sədri; Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Yer elmləri üzrə Şura sədri; AMEA-nın Yer elmləri bölməsi bürosunun üzvü; AMEA-nın Elmi-Nəşriyyat şurasının sədr müavini; AMEA-nın Xəbərləri (Yer elmləri bölməsi) jurnalının redaksiya heyətinin üzvü; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mineral-Xammal Elmi-Tədqiqat İnstitutunun Elmi şurasının üzvü; Rusiya EA Yer Elmləri Bölməsinin Stratiform yataqların geologiyası üzrə Regional işçi qrupun üzvü (Moskva); Qafqaz Mineral Xammal İnstitutunun Elmi şurasının üzvü (Tbilisi).

Vasif Babazadə elmi məktəbin banisidir