Sergey İsayeviç Utoçkin (; ) — ilk rus aviatorlarından və sınaqçı təyyarəçilərindən biri. Hərtərəfli və istedadlı idmançı. 1910–1914-cü illərdə Rusiyada aviasiyanın populyarlaşdırılmasında onun çox böyük rolu olmuşdur. Rusiya imperiyasının bir çox şəhərlərində onlarla nümayiş uçuşları həyata keçirmişdir.

Bakı şəhərinin üzərindən uçan ilk təyyarəni də 20 oktyabr 1910-cu ildə Sergey Utoçkin idarə etmişdir. Bu uçuşu o, həmin dövrdə aviatorlar arasında çox məşhur olan "Farman-4" fransız aeroplanı ilə yerinə yetirmiş, uçuşa baxmaq üçün 20 mindən artıq insan toplaşmışdı.Новое время. — 1910. — 23 октября. 28 oktyabr tarixində təşkil edilən uçuşlarda isə dövrünün məşhur pilotlarından biri olan Adam Qaber-Vlınski (1883–1921) iştirak etmişdi.

İstinadlar

Kateqoriya:Aviasiya tarixi Kateqoriya:Rusiya pilotları Kateqoriya:Aviasiya qabaqcılları Kateqoriya:Ağciyər iltihabından vəfat edənlər Kateqoriya:Boksçular