İlyaslı Teymur Məmməd oğlu () — kimya elmləri doktoru.

Həyatı 1948-ci il oktyabr ayının 10-da Gürcüstan respublıkasının Borcalı mahalınında anadan olmuşdur. 1966-cı ildə orta məktəbi bitirib ADPU-nun kimya fakültəsinə qəbul olmuş, 1970-ci ildə oranı bitirib Dəvəci rayonunda müəllim işləmişdir. 1979-cu ildə namizədlik, 1992-ci ildə doktorluq dərəcəsi almışdır. Disertasiya mövzusu:"Arsen xalkogenidləri əsasında yeni şüşəvari və kristallik materiallarının sintezinin nəzəri əsaslarının işlənməsi" olmuşdur.

Təhsili, elmi dərəcə və elmi adları 1966–1970, tələbə, Azərbaycan Döblət Pedaqoji Universiteti 1972–1979, aspirant, Kimya Problemləri İnstitutu, AMEA. 1979, k.e.n., "Arsen və qallium xalkogenidləri qarşılıqlı təsiri ", Kimya Problemləri İnstitutu, AMEA. 1992, k.e.d.,"Arsen xalkogenidləri əsasında yeni şüşəvari və kristallik materiallarının sintezinin nəzəri əsaslarının işlənməsi" "Ümumi və Qeyri-üzvi kimya" kafedrası, BDU.

Əmək fəaliyyəti 1972 −1982, elmi işçi, Azərbaycan Milli Elmlər Akademiyası Ümumi kimya, Qeyri-üzvi kimya, Fiziki-kimyəvi analiz, Yarımkeciricilər kimyası, Qeyri-üzvi biokimya 1988–1992, ETL müdiri, Ümumi və Qeyri-üzvi kimya, Bakı Dövlət Universiteti 1993, professor, Ümumi və Qeyri-üzvi kimya, Bakı Dövlət Universiteti 1988–2008, baş elmi işçi, Ümumi və Qeyri-üzvi kimya, Bakı Dövlət Universiteti 2005, kafedra müdiri əvəzi, Ümumi və Qeyri-üzvi kimya, Bakı Dövlət Universiteti 350-dən çox elmi əsər 250-dən çox elmi məqalə 13 kitab 8 müəlliflik şəhadətnaməsi 5 patent 4 elmlər namizədi Hal-hazırda Bakı Dövlət Universitetinin Elmi Şurasının elmi katibidir. Ümumi və qeyri-üzvi kimya kafedrasının professoru və kafedra müdiri vəzifəsində çalışır

Tədqiqat sahəsi Qeryi-üzvi materialşünaslıq, Fiziki-kimyəvi analiz, çox komponentli sistemlərin tədqiqi, şüşəvari maddələrin tədqiqi.

Beynəlxalq seminar, simpozium və konfranslarda iştirakı Beynəlxalq seminar. Light in Nano-Size Solids, Baku, 2004 Beynəlxalq konfrans "Bərk çisimlər kimyası və funksional materiallar– 2008" Ekaterinburg, 21–24 oktyabr 2008

Seçilmiş əsərləri R. F. Abbasova, T. M. Ilyasli, F. I. Rustamli. Raman spectroscopic study of As2Se3-based glasses. Book of abstracts, I Intern. Scientific Seminar. Light in Nano-Size Solids, Baku, 2004, (22–28 sept), p. 39–40. Э. Г. Эфендиев, Н. Н. Гаджиева, Т. М. Ильяслы, . Ф. Аббасова, Ф. Ф. Яхьяев. Структура полиэтиленовых пленок, содержащих наночастицы меди Ж.прикладной спектроскопии, 2006, т.73, № 3, с. 408–410 Ф. Аббасова, З. И. Исмайлов, С. М. Вейсова, Ш. Шихалибейли, Т. М. Ильяслы. Получение наночастиц меди. AzTU, Elmi əsərlər 2007№ 3, cild VI (23) s.48–49 Т. М. Ильяслы, Л. А. Мамедова, . Ф. Аббасова, Л. Э. Насибова. Исследования в области халькогенидных стекол с участием PЗЭ. Всероссийская конференция "Химия твердого тела и функциональные материалы – 2008", Екатеринбург, 21–24 октября 2008, c.139 Patent №а 2007 0275. Fotorezistor materialı. Patent №a 2008 0103. Vismut telluridi əsasında termoelektrik material Patent №а 2003 0061. Xalkogenidli şüşə Patent № a 2004 0160 . Fotohəssas materıal.

Kitablar "Fiziki kimyanın analizdən məşğələlər" 1993, "Oписание задач по химии полупроводников" 1994, "Kimyadan testlər" 1994, "Fiziki kimyanın analizdən praktikum" 1999, "Ümumi və Qeyri- üzvi kimya" 2001, "Fiziki kimyanın analizdən praktikum" latınca (2008) Qeyri-üzvi kimya, bərk cisimlər kimyası, yarımkeçiricilər kimyası, qeyri-üzvi sintez, fiziki-kimyəvi analiz, koordinasyon kimya, radiasiya kimyası, atmosfer kimyasına aid kitabların müəllifidir.

İş yeri və ünvanı Bakı şəhəri, Bakı Dövlət Universiteti AZ-1073/1, Akademik Zahid Xəlilov küçəsi – 23 indeks: AZ 1148

İstinadlar

http://chemistry.bsu.edu.az/

Kateqoriya:Azərbaycan kimyaçıları