Məmməd Süleymanov () — Azərbaycan marksist jurnalist-yazıçısı.
Həyatı Məmməd Süleymanov 1971-ci il martın 8-də Zaqatalada müəllim ailəsində anadan olub. 1988-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutuna (indiki ATU) daxil olan Məmməd Süleymanov 1994-cü ildə institutu müvəffəqiyyətlə bitirmişdir. 1994-1996-cı illərdə cərrah kimi işləyib.
Fəaliyyəti Mətbuatda ilk yazıları ASDP-nin orqanı olan "İstiqlal" qəzetində çıxıb. Bir müddət "7 Gün" qəzetinin redaktoru və baş redaktoru kimi işləyən yazar "7 Gün" və "Gündəlik Azərbaycan" qəzetlərində köşə yazarı kimi jurnalistika fəaliyyətini davam etdirir. Bir müddət Rusiyanın "Reqnum" informasiya agentliyinin Azərbaycanda müxbiri kimi işləmişdir. Məmməd Süleymanov "Bizim Yol" və "Alma" qəzetlərində də fəaliyyət göstərmişdir. Hazırda "1937.az", "Teleqraf" qəzeti və "XI Tezis" jurnalı ilə əməkdaşlıq edir.https://teref.az/hadise/31699-taninmish-jurnalist-bandotdele-chagrildi-gorek-ne-olur.html
Kitabları Çe Gevaranın son sirri (2011), Solfront nəşriyyatı. 2011-ci ilin dekabrında nəşr olunmuş kitab müəllifin ayrı-ayrı vaxtlarda yazılmış məqalələrindən seçmələr şəklindədir. Müxtəlif vaxtlarda yazılmasına baxmayaraq, yazılar kitabda təsadüfi formada deyil, müəyyən ardıcıllıq və uyğunluq əsasında yığılıb, tam dolğun bir ideyanı ifadə etməyə istiqamətlənib. Kitab 2013-cü ildə əlavələrlə yenidən nəşr olunmuşdur.https://www.azadliq.org/a/24424167.htmlhttps://1000kitap.com/kitap/ce-gevaranin-son-sirri--250979 Ədəbi portretlər (2013), Qanun nəşriyyatı. Fransa yazıçısı Andre Moruanın (1885-1967) əsərinin adına müvafiq adlandırılan “Ədəbi portretlər” kitabında müxtəlif dövrlərdə yaşamış yazıçı və şairlərin bioqrafiyasının konkret dövründən və ya ayrıca götürülmüş əsərindən bəhs olunur. Kitab II əsrdə yaşamış filosof-imperator Mark Avrelinin “Düşüncələr” əsəri ilə başlayır və müasir yazıçı Ameli Notombun “Sulfat turşusu” romanı haqqında qeydlərlə tamamlanır. Bəzi müəlliflər (Qabriele D'Annuntsio, Karl Kraus, Kurtsio Malaparte, Ernesto Kardenal və b.) barədə Azərbaycan dilində ilk dəfə bu kitabda yazılmışdır.
İstinadlar
Xarici keçidlər kulis.az - Məmməd Süleymanovun yazıları Kino və İnqilab - Məmməd Süleymanov Ədəbiyyat və inqilab: Latın Amerika magik realizmi - Məmməd Süleymanov - mühazirə
Kateqoriya:Azərbaycan yazıçıları Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Azərbaycan publisistləri Kateqoriya:Azərbaycanlı publisistlər Kateqoriya:Azərbaycan jurnalistləri Kateqoriya:Azərbaycanlı jurnalistlər Kateqoriya:Azərbaycan kommunistləri