Ruhəngiz Musəvi — Azərbaycan müğənnisi, aktrisa, Azərbaycan Respublikasının Əməkdar artisti (2007).
Həyatı Ruhəngiz Mirməhəmmədəli qızı Musəvi 1953 ilin aprelin 4-də Bakı şəhərində doğulub.
1972-ci ildən Mahnı teatrının, 1974-ci ildən Azərbaycan Dövlət Rəqs Ansambln, 1975-ci ildən Dövlət Filarmoniyasının solisti. Səs yazıları ilə val buraxılıb.
Mükafatları 2007-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülüb.
Şəxsi həyatı 1978-ci il təvəllüdlü Lalə adlı bir qızı var.
Filmoqrafiya Həyat bizi sınayır (film, 1972) Ömrün səhifələri (film, 1974) Məni izləyən müəmma (film, 2019)
Kateqoriya:Azərbaycanın qadın müğənniləri Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Bakıda doğulanlar