Maorilər — Polineziya mənşəli Yeni Zelandiya əhalisi. 800–1300-cü illər ərzində müxtəlif vaxtlarda qayıqlarla Polineziya adalarından Yeni Zelandiyaya köç etmişlər.

Maori — Yeni Zelandiyanın yerli xalqı və avropalılar adaya gələnə qədər adanın əsas xalqı. Avstroneziya dil ailəsinə daxil olan polineziya dil qrupuna aid olan maori dilində danışırlar.

2013-cü il siyahıyaalınmaya görə Yeni Zelandiyada 600 min maori var və onlar əhalinin 16,5 % təşkil edirlər. 2023-cü ildə onların sayı 978 246 nəfərdir. Təqribən 155 min nəfər maori Avstraliyada, 3,5 min nəfər isə ABŞ-də yaşayırlar. Kuk adasında yaşayan maorilər ada əhalisinin 87,7 % təşkil edirlər..

Etimologiyası Maoricə māori sözü "adi", "təbii", "normal" mənasına gəlir.

300px|thumbnail|right|Maori bayrağı

Dini Maorilərin dini yerli dinləri olan Maori dinindən başqa eyni zamanda xristianlıqdır. Xristianlıq maorilər arasında ingilis hökumətinin qurulması və ingilis köçünün artması ilə yayılmağa başlamışdır. Buna kimi isə maorilər bütünlüklə öz dinləri olan Maori dinində idilər. Maorilərin təşkilatlanmasında dini rahiblər böyük rol oynayırlar.

Sayları Maorilər Yeni Zelandiyanın yerli sakinləri olmalarına baxmayaraq Yeni Zelandiya əhalisinin 15%-ni təşkil edirlər. 2013-cü ilin nəticələrin görə Yeni Zelandiyada maorilərin sayı 598,605 nəfərdir. Maorilərin sayının çox olduğu ikinci ölkə isə Avstraliyadır. Burada maorilərin sayı 2006-cı il göstəricilərinə görə 126,000 nəfərdir. Maorilərin digər məskunlaşdığı ölkələrin sıralaması isə belədir: Böyük Britaniya — 8,000 ABŞ — 3,500 Kanada — 1,305

Həmçinin bax Haka

İstinadlar

Ədəbiyyat Бахта В. М. Аотеароа. — М.: Мысль, 1965. — 144 с.: ил. Рид А. В. Мифы и легенды страны маори / Пер. с англ. С. Серпинского. — М.: Издательство иностранной литературы, 1960. — 104 с. Сказки и легенды Маори. Из собрания А. Рида / Пер. с англ. Ю. С. Родман. Под ред. А. М. Кондратова. — М.: Наука, 1981. — 224 с. . Д. Д. Тумаркина. — М.: Наука, Гл. ред. восточной лит-ры, 1986. — 568 с. A. W. Reed. Myths and legends of Maoriland. Wellington, 1961. A. W. Reed. Maori legends. Wellington, 1972.

Xarici keçidlər culture.co.nz — maorilərə aid əsas saytlar. Maori Culture and Traditions — Maori haqqında sayt.

Kateqoriya:Polineziya xalqları Kateqoriya:Maorilər Kateqoriya:Xristianlıq