Eldost Bayramov, Eldost Bayram (Bayramov Eldost Əlövsət oğlu; ) — Azərbaycan diktoru, Azərbaycan Respublikasının xalq artisti (2016), "Tərəqqi" medalı laureatı (2008)

Həyatı Eldost Bayramov 25 yanvar 1947-ci ildə Kürdəmir rayonunun Çöl-Ərəb kəndində anadan olub. 1965-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olub, 1969-cu ildə təhsilini başa vurmuş, Ağsu rayonunun İlxıçı kəndində tarix müəllimi kimi əmək fəaliyyətinə başlamışdır.

Eldost müəllim 1972-ci il aprelin 1-də Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinə (indiki Dövlət Teleradio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti) diktor vəzifəsinə qəbul olunub. Hazırda ali dərəcəli diktor kimi öz fəaliyyətini uğurla davam etdirir. 2006-cı ildə "Respublikanın əməkdar artisti fəxri adına, 2008-ci ilin noyabrında isə "Tərəqqi" medalına layiq görülüb. 2016-cı ildə Cəfər Cabbarlı mükafatına layiq görülmüşdür. 2016-cı ildə Azərbaycan Respublikasında televiziya və radio sahəsində xidmətlərinə görə "Xalq artisti" fəxri adına layiq görülüb.

Filmoqrafiya Bal arısı (film, 2000) Pənah Xəlilov (film, 2001) Alovlardan keçən ömür (film, 2005) Zəngəzur qartalı (film, 2012) Zamanla yaşayan sənətkar. Cahangir Zeynalov (film, 2016)

İstinadlar

Kateqoriya:Diktorlar Kateqoriya:"Tərəqqi" medalı ilə təltif edilənlər Kateqoriya:Kürdəmir rayonunda doğulanlar Kateqoriya:"Cəfər Cabbarlı" mükafatı laureatları