Məni cəhənnəmə sürüklə () — Amerika istehsalı olan qorxu/triller filmi. Sem Reiminin rejissorluq etdiyi bu film 2009-cu ildə nümayiş olunub.

Məzmun Los-Ancelesdə yaşayan və bir bankda işləyən Kristin Braun öz həyatından çox məmnundur. Klayton Dalton adlı professor ən yaxın dostu olan Kristin öz həyatını yaşayır. Lakin bu sakitçilik elə də uzun çəkmir. Belə ki, bir gün Silvia Qanuş adlı yaşlı qadın müştəri banka gələrək Kristindən müəyyən şərtlər altında kredit istəyir. Kristin bu məsələnin ona aid olmadığını lakin müdir ilə danışa biləcəyini deyir. Müdir isə ona onu göndərməsini deyərək razılıq vermir. Buna bərk əsəbiləşən Silvia bunun Kristinin ucbatından olduğunu fikirləşərək ona dəhşətli cadu edir. Kristinin pencəyinin qol düyməsini lənətləyərək ona verir. Ya Kristin bu cadudan xilas olacaq, ya da cəhənnəmə gedəcək.

Kristin çıxış yolu kimi cadugər Riamın yanına gedərək ondan kömək istəyir. Riam cadunun çox güclü olduğunu deyir və onu güclü cadugər Şaunun yanına aparır. Müəyyən ayinlər edərək lənəti pozmağa çalışırlar və bunu bacardıqlarını fikirləşirlər.

Lakin sonradan bunun belə olmadığı aydın olur. Riam Kristinə Silvianın qəbrinə gedərək (Silvia Qanuş artıq ölüdür) qəbri açıb həmin düyməni ora qoymasını məsləhət görür. Kristin qəbirstanlığa gedir, qəbri açır və çətinliklə də olsa zərfi qəbirə qoyaraq yorğun halda evə qayıdır.

Hər şeyin qurtardığını fikirləşən Kristin əşyalarını toplayaraq başqa şəhərə gedir. Dəmir yolu vağzalında sevgilisi onu gözləyir. Artıq ayrılan vaxt birdən ən yaxın dostu cibindəki zərfi çıxararaq onu maşındakı digər zərflərlə qarışdırdığını deyir və zərfi Kristinə uzadır. Bu həmin düymənin olduğu zərfdir. Kristin ən yaxın dostunun maşınındaykən onu əlindən salmış və digər zərflərlə qarışdırmışdı. Daha sonra isə tapdığını fikirləşmişdi. Qəbrə qoyduğu zərf isə boş zərfdir. Bunları xatırlayan Kristin qorxu ilə ağlayaraq geri çəkilməyə başlayır və bu vaxt yıxılaraq dəmir relslərinin üstünə düşür. Ən yaxın dostu Klayton dərhal əyilərək ona kömək etməyə çalışır. Lakin bu vaxt qatar gəlir. Ondan əvvəl dəmir relslər aralanaraq arasında Silvianın əlləri görünür. O Kristini alovlu cəhənnəmə aparır. Klayton isə dəhşətlər içərisində həmin relslərə və daha sonra isə əlində tutduğu düyməyə baxır.

Rollarda Elison Lohman / Kristin Braun — Bankda işləyən gənc xanım Castin Lonq / Klayton Dalton — Kristinin sevgilisi Lorna Raver / Silvia Qanuş — Kristini lənətləyərək öldürməyə çalışan Boyana Novakoviç / İlenka Qanuş — Silvianın nəvəsi Dilep Rao / Riam Cas — Cadugər. Kristin Silvianın lənətindən xilas olmaq üçün ondan kömək istəmişdi Reqi Li / Stu Rubin — Bankda Kristinin iş yoldaşı Adriana Barraza / Şaun Sen Dena — Güclü cadugər. Kristin Riamla birgə ondan kömək istəmişdi Çelçi Rous / Leonard Dalton — Klaytonun atası Moli Çek / Tradi Dalton — Klaytonun anası Devid Paimer / Cim Caks — Kristinin müdir

ü Oktavia Spencer / Bank işçisi

Gəlir Film ABŞ-də kinoteatrlarda 29 may 2009-cu ildə təqdim olunub. İlk həftə ərzində $15,825,480 dollar toplayan film ikinci həftədə $7,040,550 dollar topladı. Təkcə ABŞ və Kanadada $42,100,625 dollar toplayan film ümumilikdə dünya üzrə $90,842,646 dollar qazana bilib.

Ev üçün buraxılış Filmin ev üçün buraxılış diski Birləşmiş Ştatlarda 13 oktyabr 2009-cu ildə satışa çıxarıldı. DVD-də eyni zamanda filmdən silinmiş səhnələr də yer alıb. İlk iki həftədə 459,217 nüsxə ilə satılan film $7.98 milyon gəlir qazanıb. Ümumilikdə isə filmin DVD buraxılışı $104,822,032 gəlir qazandırıb.

İstinadlar

Xarici keçidlər Filmin rəsmi saytı

Kateqoriya:Triller filmləri Kateqoriya:ABŞ-nin qorxu filmləri Kateqoriya:2009-cu ilin qorxu filmləri Kateqoriya:2009-cu ilin triller filmləri Kateqoriya:İngiliscə filmlər Kateqoriya:İntiqam haqqında ABŞ filmləri Kateqoriya:Yunan-Roma mifologiyasına əsaslanan filmlər Kateqoriya:2009-cu ilin ABŞ filmləri Kateqoriya:Qaraçılar haqqında filmlər Kateqoriya:ABŞ-nin kabus filmləri Kateqoriya:Universal Pictures filmləri Kateqoriya:Saturn mükafatı qazanmış filmlər Kateqoriya:Los-Anceles haqqında filmlər Kateqoriya:Los-Ancelesdə çəkilmiş filmlər Kateqoriya:Ən Yaxşı Qorxu filmi nominasiyası üzrə Saturn mükafatı qazanmış filmlər Kateqoriya:1960-cı illər haqqında filmlər Kateqoriya:2000-ci illərin ABŞ filmləri Kateqoriya:2000-ci illərin fentezi filmləri Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:2000-ci illərin ispan dilli filmləri Kateqoriya:2009-cu il haqqında filmlər Kateqoriya:ABŞ-nin fövqəltəbii triller filmləri Kateqoriya:ABŞ-nin psixoloji-triller filmləri Kateqoriya:Bəddua haqqında filmlər Kateqoriya:Cadugərlik haqqında filmlər Kateqoriya:CGI istifadə edilmiş filmlər Kateqoriya:Fövqəltəbii qorxu filmləri Kateqoriya:Kabus filmləri Kateqoriya:Kristofer Yanqın film musiqiləri Kateqoriya:Qadınlar haqqında filmlər Kateqoriya:Sem Reyminin ssenari müəllifi olduğu filmlər Kateqoriya:ABŞ-nin triller filmləri Kateqoriya:Mandate Pictures filmləri