Ədalət Ziyadxanov (23 fevral 1946 – 12 sentyabr 2018) — rejissor, aktyor.

Həyatı Ədalət Ziyadxanov 1946-cı ildə Bakıda — Kubinka da anadan olub. Uşaqlıqdan sənətə meyil edib. Bakı Bələdiyyə Teatrının rejissorudur. Əvvəllər Şəki teatrında rejissor, Ağdam teatrında baş rejissor işləyib. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında çalışmışdır.Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 276-277. Mədəniyyət və İncəsənət Universitetində dərs deyir. Sənətşünaslıq fakültəsində "ədəbi yaradıcılıq" ixtisası üzrə dərs deyir. Ziyadxanovun səhnələşdirdiyi Aqşin Babayevin "Oğul" əsəri "Dərviş" mükafatına layiq görülüb. Tamaşalarının çox hissəsi Azərbaycan televiziyasının qızıl fondundadır.

12 sentyabr 2018-ci ildə vəfat etmişdir.

Filmoqrafiya Mehmanxana sahibəsi (film, 1978) Ac həriflər (film, 1993) (tammetrajlı film-tamaşa) (AzTV) — rol: mirzə Hacı Qara (film, 2002) Absurdistan (film, 2008) (tammetrajlı bədii film) — rol: polis nəfəri

İstinadlar

Kateqoriya:Azərbaycan rejissorları Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları