Əziziyə qəzası () — İraq Respublikasının Vasit mühafazasında inzibati ərazi vahidi.ديوان محافظة واسط: عن واسط Qəzanın inzibati mərkəzi Əziziyə şəhəridir.
Ərazisi 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 2.467 km² ərazini əhatə edir.Iraq population statistics in GeoHive Global Statistics . United States of America, Arizona, Phoenix.
İnzibati-ərazi bölgüsü İnzibati cəhətdən üç nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Əziziyə nahiyyəsi (ərəbcə: ناحية العزيزية)مركز قضاء العزيزية, Hafriya nahiyyəsi (ərəbcə: ناحية الحفرية) və Dəbuni nahiyyəsi (ərəbcə: ناحية الدبوني)
Əhalisi 2003-cü ilə olan rəsmi təxminə əsasən qəza əhalisi 112.900 nəfər idi. Eyni təxminlərə görə bütün Vasit mühafazasında 913.386 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Əziziyə qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 12.36%-ni təşkil edirdi.
Etnik tərkibi
Qəza əhalisi əsasən ərəb olsa da burada həm də etnik türkmanlar da məskunlaşıb. Türkmanlar qəzanın inzibati mərkəzi Əziziyə şəhərində yaşayırlar və şəhərdə əhalinin əksəriyyətini təşkil edirlər. Qəzadakı türkmanların əksəriyyəti Karakol tayfasına (ərəbcə: عشيرة ألبو كراغول) mənsubdur.Zaman Gazetesi : Arşivinden—>Türkmen aşiretleri Türkçeyi kurslarda yeniden öğrenecek <—haberi; haberin yayınlanma tarihi: 28.11.2003, yazar: Ahmet Dinç / Bağdat
İstinadlar
Kateqoriya:İraqın qəzaları