Alıbəyli bələdiyyəsi — Azərbaycan Respublikasının Ağdam rayonunda 2004-2024-cü illərdə fəaliyyət göstərmiş bələdiyyə.
Tarixi 29.06.2004-cü il tarixli 715-IIQ nömrəli "Azərbaycan Respublikasının bəzi rayonlarının ərazisində bələdiyyələrin təşkil edilməsi haqqında" Qanunun "Ağdam rayonu üzrə" hissəsinin üçüncü abzasına əsasən "Üçoğlan bələdiyyəsinin əhatə etdiyi Alıbəyli, Böyükbəyli və Kiçikli kəndlərində Alıbəyli bələdiyyəsi" yaradılıb.
2004-2020-ci illərdə "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş mərkəzi (Bələdiyyələrlə iş baş idarəsi), habelə Bərdə Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirilib.
Bu Bələdiyyənin 10.02.2005-ci il tarixli 02 nömrəli Protokolunda təsbit edilmiş Qərarı ilə onun Nizamnaməsi qəbul edilib.
Təşkil edildiyi ildən bu Bələdiyyə "Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə uyğun olaraq yaradılmış "Ağdam Bələdiyyələrinin Əlaqələndirmə Şurası"nın üzvülüyünə qəbul edilib.
03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə uyğun olaraq, bu Bələdiyyə Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.
01.04.2008-ci il tarixli 587-IIIQD nömrəli Qanunun 2-ci hissəsində "Azərbaycan Respublikasında bələdiyyələrin Siyahısı"nin 2. Ağdam rayonu bölməsinə əsasən "1) 1-ci sırada "Alıbəyli bələdiyyəsi" sözlərinin qarşısındakı "və Kiçikli kəndləri" sözləri ", Kiçikli kəndləri və Birinci Alıbəyli, İkinci Alıbəyli qəsəbələri" sözləri ilə;" əvəz edilmişdir.
2020-ci ildən "Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında" Qanuna əsasən Bələdiyyə üzərində inzibari nəzarəti Ədliyyə Nazirliyi, özünün Bələdiyyələrlə iş baş idarəsi, habelə Qarabağ Regional Ədliyyə İdarəsi vasitəsilə həyata keçirib.
18.11.2024-cü il tarixli 50-VIIQ və 51-VIIQD nömrəli qanunlarla aşağıdakı "dəyişikliklər edilib: 7.1. Alıbəyli və Üçoğlan bələdiyyələrinin əhatə etdiyi Birinci Alıbəyli, Birinci Baharlı, İkinci Alıbəyli, İkinci Baharlı, Səfərli qəsəbələrində və Alıbəyli, Ballar, Böyükbəyli, Gül Baharlı, Kiçikli, Orta Qışlaq, Üçoğlan, Yusifli kəndlərində Üçoğlan-Alıbəyli bələdiyyəsi;" yaradılıb.
Ağdam rayonu Üçoğlan-Alıbəyli bələdiyyəsinin 14.04.2025-ci il tarixli 04 nömrəli Protokolu ilə təsbit edilmiş 3-cü Qərarı ilə Ağdam rayonunun Alıbəyli bələdiyyənin Nizamnaməsi ləğv edilib.
Mərkəzi və ərazisi 29.06.2004-cü il tarixli 715-IIQ nömrəli "Azərbaycan Respublikasının bəzi rayonlarının ərazisində bələdiyyələrin təşkil edilməsi haqqında" Qanunun "Ağdam rayonu üzrə" hissəsinin üçüncü abzasına əsasın Bələdiyyənin mərkəzi Ağdamın Alıbəyli kəndi olub.
Həmin Qanunun əlavəsinin "AĞDAM RAYONU" bölməsinin 1-ci bəndinə uyğun olaraq, Bələdiyyənin ərazisinə aşağıdakılar aid edilib: Bələdiyyənin tam adıVÖENBələdiyyə ödəyiciləri üçün vergi koduBələdiyyənin statistik koduİnzibati ərazi dairəsinin adıİƏD statistik kodu İnzibati ərazi vahidinin adıİƏV statistik koduAğdam rayonunun Alıbəyli bələdiyyəsi3200032681320160940007Üçoğlan kənd iəd60919005Alıbəyli kəndi60919048Böyükbəyli kəndi60919028Kiçikli kəndi60919078Birinci Alıbəyli qəsəbə iəd60940005Birinci Alıbəyli qəsəbəsi60940016İkinci Alıbəyli qəsəbə iəd60944005İkinci Alıbəyli qəsəbəsi60944016
İstinadlar
Kateqoriya:Ağdam rayonunun ləğv olunmuş bələdiyyələri Kateqoriya:2004-cü ildə Azərbaycanda yaradılan bələdiyyələr Kateqoriya:2024-cü ildə Azərbaycanda ləğv olunan bələdiyyələr