Çovqan, və ya Çövkən — qədim türk hərbi musiqi aləti.

Tarixçə Əfzələddin Xaqani şeirlərində çovqan alətinin adına tez-tez rast gəlinir Ə. Xaqani. Seçilmiş əsərləri. Bakı: "EA Nəşriyyatı", 1956, səh. 97.. Ordu hücuma başlamazdan öncə hərbi orkestrin önündə səsləndirilən çovqan həm yürüşün başlandığını bildirir, həm də ifa olunan təranənin vəznini, ritmini saxlayır. XVI əsrdən etibarən bəzi Avropa ölkələrinin hərbi orkestrlərində çovqanabənzər alətdən istifadə edirlər.

Quruluşu Alət uzun bir dirəyə bağlanmış zənglər, zınqırov və cınqıraqlardan ibarətdir. Dirəyi, sapı yerə vurularaq səsləndirilirdi.Abbasqulu Nəcəfzadə. Azərbaycan çalğı alətlərinin izahlı lüğəti . Bakı, 2004.

İstinadlar

Həmçinin bax Çovqan (oyun)

Kateqoriya:Azərbaycan musiqi alətləri