() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Rusiya, Qərbi Avropa, İspaniya, Şimali Portuqaliya, Balkan ölkələri, Kiçik Asiya, Türkiyə, Ukrayna, Moldova və Baltikayanı ölkələrdə arealı vardır.

Botaniki xarakteristikası Hündürlüyü 30–35 m-ə, gövdəsinin diametri 1,5 m-ə çatan iri, sıx piramidaşəkilli çətirə malik ağacdır. Cavan budaqları çılpaq qonur-boz rəngli dairəvi xallarla örtülmüşdür. Tumurcuqları yumurtavari, iti uclu, sarımtıl-yaşıl rəngdədir. Yarpaqcıqları 8–17 sm uzunluqda və enində olub, iri, 5 dilimlidir. Yarpaq qaidəsindən dərin ürəkvari və ya kəsimlidir. Üstdən tünd-yaşıl, altdan ağımtıl və ya göyümtül rəngdədir, cavan vaxtı alt tərəfdən tükcüklərlə örtülü olur. Yarpaqların saplağı 7–20 sm uzunluqdadır. Çiçəkləri xırda, sarımtıl-yaşıl rəngdə, 5–16 sm uzunluqda çoxçiçəkli salxımlara toplanmışdır. Çiçək saplağı tükcüklərlə örtülmüşdür, çiçəkyanlığı xırda, töküləndir. Qanadlı meyvələri iti, bəzən küt bucaq altında ayrılmış olub, 6 sm uzunluqdadır. Meyvələri yetişdikdə qonur rəngdə olur və qaidəyə doğru qanadlar ensizləşir, yuxarıdan isə dairəvi şəkillidir. Meyvələri bəzən şiş, çılpaq və seyrək tükcüklərlə örtülü vəziyyətdə olur. Aprel-iyun aylarında çiçəkləyir, avqustda meyvəsi yetişir.

Ekologiyası Orta dağ qurşağına qədər olan ərazilərdə nəm və rütubətli təbii fıstıq, şabalıd və vələs meşələrində təsadüf edilir.

Azərbaycanda yayılması Qərbi Böyük Qafqazda rast gəlinir, Azərbaycanın nadir bitkisidir.

İstifadəsi Dekorativ bitki kimi yol kənarlarında, tək əkinlərdə becərilir. Gövdəsindən mebel, musiqi alətləri, döşəmə və s.

İstinadlar

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış taksonlar Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Azərbaycan ağacları Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Avrasiya florası Kateqoriya:40+ ID olan Taksonbar Kateqoriya:Asiya florası Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları