Birləşmiş Millətlərin Təşkilatı Sənaye İnkişafı Təşkilatı (UNIDO) () — BMT-nin sənaye inkişafına hərtərəfli köməyi əlaqələndirən mərkəzi orqanı;BMT-nin ixtisaslaşdırılmış agentliyi.
1967-ci ildə BMT Baş Assambleyasının qərarı ilə yaradılmışdır. Mənzil-qərargahı Vyanada yerləşir. Üzv ölkələrin sayı-171 (1 yanvar, 2014
UNIDO-nun rəsmi məqsədləri UNIDO-nun rəsmi məqsədləri sırasına inkişaf etməkdə olan ölkələrin sənayeləşdirilməsinə , sənayeyə kapital qoyuluşu sahəsində dövlətlər arasında əməkdaşlıq,ehtiyatların (əmək ehtiyatları, təbii ehtiyyatlar və s.)səmərəli tətbiqinə kömək daxildir. UNIDO dövlətlərin təbii ehtiyatlar üzərində suverenlik hüququnu və xarici xüsusi kapitalın fəaliyyətinə nəzarət hüququnu tanıyır (Lima bəyannaməsi, 1975-ci il).
Rusiyada (Moskva) UNIDO-nun Beynəlxalq Əməkdaşlıq Mərkəzi fəaliyyət göstərir. UNIDO-nun fəaliyyətinə rəhbərlik Baş Konfrans, Sənaye İnkişafı Şurası, Baş Direktor və Katiblik tərəfindən həyata keçirilir.
İcraedici başçılar UNIDO-nun İcraedici Direktorları1967–1974İbrahim Helmi Əbdül Rəhman ()1975–1985Əbdül Rəhman Xan ()UNIDO-nun İcraedici Baş Direktorları1985–1992Dominqo Siazon ()1993–1997Maurikiyo de Mariya y Kampos ()1998–2005Karlos Alfredo Maqariños ()2006 – İyun 2013Kandeh Yumkella ()İyul 2013 –Li Yong (李勇) ()
Mənbə Böyük İqtisadi Ensiklopeiya Bakı 2012.
İstinadlar
Kateqoriya:BMT