Yeddi Birləşmiş Əyalət Respublikası (rəsmi tam adı: Yeddi Birləşmiş Aşağı Əyalətlər Respublikası, ) — XVI əsrdə baş vermiş Niderland burjua inqilabından sonra yaranmış və 1581–1795-ci illərdə Avropada mövcud olmuş dövlət. Respublikanın ərazisi müasir Niderland Krallığının ərazisindən bir qədər kiçik olmuşdur.
Tərkibi Respublika Baş Ştatlar tərəfindən idarə edilən yeddi əyalətin (Hollandiya, Zelandiya, Utrext, Qroninqen, Qeldern, Overeyssel, Friziya) və Baş Yerin konfederasiyası olmuşdur.
İstinadlar
Kateqoriya:Niderland tarixi
Kateqoriya:Avropa tarixi Kateqoriya:Avropanın tarixi dövlətləri