Skalitsa (, , ) — Slovakiyanın qərbində, Çexiya ilə sərhəddə yerləşən kiçik bir şəhər. Əhalisi 15 min nəfərə yaxındır. Şəhər Zaqorye bölgəsinin mərkəzi sayılır. Tarix Skalitsa ətrafında ilk insan məskənləri hələ neolit dövründə, E.Ə. 4000 min il əvvəl yaranmışdı. Daha sonralar şəhər Böyük Morav dövlətinin tərkibinə daxil olur, lakin tarixi mənbələrdə şəhərin adı yalnız 1218-ci ildə artıq Macar krallığının tərkibində qeyd olunur.

1372-ci ildə macar kralı I Lüdovik şəhərə azad kral şəhər hüququ vermişdi, bu da Senitsada şəhər divarlarının inşa edilməsinə yardım etmişdi. Şəhərin sonralar Lüksemburq Sigizmund tərəfindən qayğısı nəticəsində Skalitsa Macar krallığının mühüm ticarət mərkəzinə çevrilir. Şəhər XVII əsrdə Slovakiyanın 5-ci böyük şəhərinə çevrilir.

XIX əsrin sonunda Rujomberok və Martin şəhərləri ilə yanaşı Skalitsa Slokayida geniş vüsət almış macarlaşdırma prosesinə qarşı çıxan mərkəzlərdən birinə çevrilmişdi. 1918-ci ildə Skalitsa bir neçə günlük Slovakiyanın paytaxtı olmuşdu, 1919-cu ildən sonra isə şəhər Çexoslovakiyanın tərkibinə daxil olur.

Əhali Əhalinin etnik mənsubiyyətinə görə Slovaklar – 94,84 % Çexlər – 3,61 % Qaraçılar – 0,64 % Macarlar – 0,13 % və digərləriMestská a obecná štatistika SODB 2001

Əhalinin konfessional mənsubiyyətinə görə roma-katolikləri 70,15 % ateistlər 19,92 % yevangelik kiləsi v.d. 6,67 % yunan-katolikləri 0,17 % pravoslavlar 0,17 % və digərləri

Təhsil Ana məktəblər: Materská škola, Súkromná Materská škola a detské Jasle Slniečko n.o. na Clementisovej ulici İbtidai məktəblər: Základná Škola na ul. Vajanského, Základná Škola na ul. Mallého, Základná Škola na ul. Strážnickej, Špeciálna základná škola, Základná umelecká škola, Základná škola pri NsP Skalica, Súkromná základná škola na Námestí slobody, Orta məktəblər: Gymnázium Skalica, Stredná zdravotnícka škola, Združená stredná škola Ali məktəblər: Stredoeurópska vysoká škola v Skalici Partnyor şəhərlər Frayburq Hodonin Slanı Strajnitse Şvexat Uherske Hradişte

Qalereya

Tanınmış Skalitsalılar Franko Víťazoslav Sasinek (* 1830 – † 1914), tarixçi Ladislav Fodor (* 1855 – † 1924), riyaziyyatçı və pedaqoq Pavel Blaho (* 1867 – † 1927), həkim, publisist və siyasətçi Janko Blaho (* 1901 – † 1981), opera ifaçısı František Krištof Veselý (* 1903 – † 1977), aktyor, müğənni və rejissor Gedalia Ben Zvi (* 1925), İsrailli rəssam Milan Mišík (* 1928 † 2011), geoloçu, professor Anton Srholec (* 1929), roma-katolikli yazıçı, knyaz Otto Tomeček (* 1934 – † 2004), ali məktəb professoru Dušan Grečner (* 1944), akademik rəssam Pavol Flajžík (* 1956), yazıçı Bibiana Ondrejková (* 1972), aktrisa Žigmund Pálffy (* 1972), hokkeyçi Xarici keçidlər

Oficiálna stránka Zaujímavý článok o Skalici www.apsida.sk - profil ranorománskej rotundy

İstinadlar

Kateqoriya:Slovakiya şəhərləri