Con Franklin (; 16 aprel 1786 – 11 iyun 1847) — İngilis səyyahı; qütb tədqiqatçısı; dəniz zabiti. 1819-1827-ci illərdə Şimali Amerikanın şimal sahillərinin tədqiqi ilə məşğul olan ekspediyalara rəhbərlik etmişdir. 1836-1843-cü illərdə Tasmaniyanın qubernatoru olmuşdur. 1845-ci ildə Erebus və Terror gəmilərində Şimal-Qərb keçidini axtaran ekspedisiyaya rəhbərlik etmişdir. Ekspedisiyanın qalıqları 1857-1859-cu illərdə F.L. Mak Klintok tərəfindən Kinq Uilyam adasında tapılmışdır. Alyaska və Kanadada burun, dağlar, boğazlar və körfəzlər Fraklinin şərəfinə adlandırılmışdır.
Mənbə Azərbaycan Sovet Ensiklopediyası
İstinadlar
Kateqoriya:Səyyahlar Kateqoriya:Tədqiqatçılar Kateqoriya:15 apreldə doğulanlar Kateqoriya:Arktikanın tədqiqatçıları Kateqoriya:1812-ci il müharibəsi şəxsləri