Devid Tennant (, anadan olanda adı — Devid Con Makdonald ; 18 aprel 1971, Basgeyt) — Şotland aktyor. Ən çox 2005 və 2010-cu illər arasında Doktor Kim serialında onuncu Doktorun rolunda oynayan aktyor kimi tanınır.

Həyatı Devid Con Makdonald 1971-ci ilin aprelin 18-də, Şotlandiyanın Vest Lotian dairəsinin Basgeyt şəhərində anadan olub. Atası Aleksander Sendi Makdonald (1937–2016), Şotlandiya Kilsəsinin Baş Assambleyasının vasitəçi olan kəşiş, anası isə Helen Makleon (1940–2007) idi. O, Renfruşir dairəsinin Ralston şəhərində, Online edition Oxford University Press December 2008 (subscription or library card required). qardaşı Bler və bacısı Karen ilə böyüyüb.

Üç yaşında o Doktor Kim serialı sevdiyinə görə, valideynlərə aktyor olmağa istədiyini deyib. Fəqət, onlar Devidi daha normal bir peşə üçün həvəsləndirməyə çalışırdılar. O, az qala bütün Doktor Kim seriyalarını baxıb və Qlazqoda keçirilən kitab imzalama mərasimdə Tom Beyker ilə danışmışdı.

Şotlandiya Kral Musiqi və Dram Akademiyasının dərslərinə gəlirdi.

Karyerası Tennant öz peşəkar aktyorluq karyerasını orta məktəbində başlayıb. 16 yaşında, o Qlazaqo Sağlamlıq Şöbəsi hazırladığı tütün çəkməyə qarşı filmində oynayıb. Bu film televiziyada və məktəblərdə göstərilmiş.

İstinadlar

Kateqoriya:Britaniya aktyorları Kateqoriya:Leyboristlər Partiyası (Böyük Britaniya) şəxsləri Kateqoriya:XX əsr aktyorları Kateqoriya:XXI əsr aktyorları Kateqoriya:Birləşmiş Krallıq protestantları