II Maymun () — Dərbəndin son əmiri.V. Minorski -Şirvan və Dərbənd tarixi
Hakimiyyəti Atası Mənsur ibn Əbdülmalikin öldüyü il doğulmuşdu və doğulan kimi də əmir olmuşdu. Onun dövründə kürdlərin qarətçi yürüşlərinə məruz qalan Dərbənd daha sonra I Fəribürzün intiqam hücumuna məruz qaldı. 1065-ci ilin aprelində rəislərdən biri olan Müfərric ibn Müzəffər Sərirə qaçdı və oradan Qaytağa keçdi. 6 yaşındakı Əbdülmalik ibn Ləşkərii də özü ilə götürüb Dərbəndə gələn Müfərric Maymunu devirdi.
Əmirliyə qayıdışı Əbdülmalik ibn Ləşkərinin 1075-ci ildə həbs edilməsindən sonra xalq Maymunu 20 avqustda yenidən taxta dəvət etdi. Lakin həmin ilin dekabrında səlcuqlar tərəfindən devrilən II Maymundan sonra əmirlik birdəfəlik Şirvanşah mülkü oldu.
İstinadlar
Kateqoriya:Hökmdarlar Kateqoriya:Dərbənd Kateqoriya:Dərbənd əmirləri