Şuşa PFK və ya tam adı ilə Şuşa Peşəkar Futbol Klubu — Azərbaycanın Şuşa şəhərini təmsil edən futbol klubu. 2009-cu ildə fəaliyyətə başlayan klub, 2015-ci ildə maliyyə problemləri səbəbi ilə fəaliyyətini dayandırdı. Müxtəlif dövrlərdə "Şuşa 09", "Şuşa", "Şuşa-Qarabağ" və "Şuşa Qalası" adı altında fəaliyyət göstəmişdir.

Tarixi Klub ilk olaraq "Şuşa 09" adı altında 2009-cu ilin iyununda təsis olunub və elə həmin ildən Azərbaycan Birinci Liqasıda oynamaq hüququ qazanıb. Həmin il klubun adını şuşalıların, futbol ictimaiyyətinin, kütləvi informasiya vasitələrinin təkliflərini nəzərə alaraq dəyişdilər- Şuşa PFK.

Mövsümün ilk oyunlarını məğlubiyyətlə başladı klub. Andaş Petrol a qarşı 5-0, MKT-Araz klubuna qarşı 1-0 hesablı məğlubiyyətlərlə yadda qaldı. Həmin dönəm klubun bazası Ədliyyə stadionunda idi. “Şuşa” komandasının müvəqqəti bazası “Ədliyyə” stadionunda yerləşiri, klub ev oyunlarını da orada keçirirdi.. İlk yoldaşlıq görüşünü isə Azal klubuna qarşı keçiriblər. https://sia.az/az/news/sport/354027.html

Klub 2015-ci ildə maliyyə problemləri səbəbiylə çətin vəziyyətə düşmüşdü. BU səbəblə mövsüm bitdikdən sonra elə o il fəaliyyətini dayandırmaq qərarı aldı.

2016-cı ildə isə klub bu dəfə Şuşa-Qarabağ adı altında yenidən fəaliyyətini bərpa etdi. https://millixeber.az/susa-qarabag-fk-2016-2017-ci-ild%C9%99-1-ci-divizionda-ev-sahibi-olaraq-r%C9%99qib-klublari-harda-q%C9%99bul-etm%C9%99si-haqqinda/https://musavat.com/news/idman/shusha-qarabag-qayidir_349979.html. Yeni prezident olaraq Güləli Bağırov ictimaiyyətə təqdim olundu. Nadir Qasımov isə klubun baş məşçisi oldu. Elə onun baş məşqçiliyi altında klub, liqa oyunlarına hazırlıqlara başlayıb. Məşqlər Əlincə Stadionunda keçirilirdi.. Klub yenidən Azərbaycan Birinci Divizionunda iştirak etmək istədiyini açıqlayıb.

Hazırda yenidən fəaliyyətini bərpa etmək istəyən klub, 2023/2024-cü il mövsümünə yeni adı, Şuşa Qalası adı ilə fəaliyyətə başlamaq istədiyi açıqlayıb.

Loqoların anlamı

Şuşa 09- Bu loqo qırmızı rəngdədir. Loqonun üst tərəfində klubun yaranma ili olan 2009, ondan aşağıda Şuşa qalasının rəsmi, onunda altında isə klubun adı qeyd olunmuşdur. Həmçinin loqonun aşağısında top, topun üstündə isə Xarıbülbülün şəkilinə yer verilmişdir.

Şuşa - bu loqonun rəngi isə mavi, forma olaraq isə qalaya bənzər dzayn edilmişdir. Üst tərəfində sanki pəncərələrin üstündə Şuşanın adı, altında isə sürətlə irəlləyən top şəklinə yer verilmişdir. Bu sürətli topun keçdiyi yolda isə, Orxon əlifbası ilə soldan sağa doğru oxuduqda "Şuşa" yazısını görmək mümkündür. Ən aşağısında isə, klubun yaranma tarixi 2009-cu il yer almışdır.

Şuşa-Qarabağ - bu loqo isə, daha çox Şuşa adı altında fəaliyyət göstərən zaman istifadə olunan loqoya bənzərliyi ilə diqqəti cəlb edir. Yeni mavi rəngdə ola loqoda edilən dəyişikliklər isə bunlardır: Top artıq qərb tərəfdən sürətlə hərəkət etməkdədir. Azərbaycan xəritəsinə nəzər saldıqda topun gəldiyi bölgənin Qərb olduğunu, Şuşa bölgəsinə işarə olma ehtimaını da gündəmə gətirir. Topun üstündə isə sarı günəş vardır. Bu isə klubun güclü olduğuna bir işarədir.

Liqa və daxili kubok tarixi 16 Mart 2012- ci ilə kimi:

Mövsüm. Div. Yer. Os. Q H U Vq Ovq XDaxili kubok2010–112-ci122638152041171/8 Final2011–122-ci112678112123291/16 Final2012–132-ci92472152940231/16 Final2013–142-ci6301596602654Daxili kubok2014–152-ci43014412493146Girmədi

Həmçinin Bax Qarabağ FK Şuşa Azərbaycan futbol klublarının siyahısı

İstinadlar

Kateqoriya:Şuşa rayonunun futbol klubları Kateqoriya:Şuşa təşkilatları