İhan Egemen Darendelioğlu () — "Sarı basın kartı" sahibi, qəzet müxbiri, yazıçı, tarix tədqiqatçısı.
1921-ci ildə Mersinin Tarsus bölgəsinin Kürkçülər kəndində doğulub. İbtidai məktəbi elə o kəndə bitirib. Orta məktəbi isə Tarsusda Çukurovada bitirmişdir. Adana Oğlan liseyindən məzun olmuşdur. Ali təhsilini İstanbul Universitetində almış və Ədəbiyyat fakültəsinin Türkologiya şöbəsini bitirmişdir. 1948-ci ildə " Yeni bozkurt" dərgisini nəş etməyə başlayır. 1950-ci ildə əsgərliyə getmiş, qayıtdıqdan sonra İstanbulda türk dili müəllimi işləmişdir. Sonra isə mətbuat həyatına qoşulmuşdur.
Bayeziddə "Toprak" mətbəəsini yaratdı, 1954-cü ildə aylıq " Ülkü" dərgisi nəşr olunmağa başladı. Bu icmal 1979-cu ildə Darendelioğlu öldürülənə qədər nəşr olunmuşdur. 19 oktyabr 1979-cu ildə maşınına mindiyi yerdə sui-qəsd nəticəsində öldürülüb.
Əsərləri " Atatürk türk millətçilərinin qləmində" 1961. " Türkiyədə kommunist hərəkatlar" Birinci və ikinci cild 1979. " Türk millətçiləri tarixində böyük dava" 1976. " Kommunist nədi? Kommunist kimdir? 1979. Ecevit Marksist Mi ? Marksistlerin Maşası Mı ! Ecevit Marksist Mi ? 1979.
Kateqoriya:Türk yazıçılar Kateqoriya:Türk siyasətçilər Kateqoriya:Türk jurnalistlər Kateqoriya:XX əsr Türkiyə yazıçıları