Maks Rimelt (; * 7 yanvar 1984 - Şərqi Berlin) - Almaniyalı kino aktyor. Bioqrafiya Maks Rimelt Berlin şəhərində anadan olub və indiyə kimi öz doğma şəhərində yaşayır. Onun bir qızı varBiografie на сайте www.filmportal.de.
Maks heç bir teatr məktəbində təhsil almayıb. Buna baxmayaraq, o özünün ilk aktyorluq fəaliyyətini hələ 11 yaşında, oxuduğu məktəbin teatr dərnəyində həyata keçirmiş və orada bir çox tamaşalarda iştirak etmişdi. Geniş tamaşaçı auditoriyasına Maks Rimeltin adı 1998-ci ilin Milad bayramı günü təqdim olunan "İki tənha məşhur" adlı miniserialın təqdimatından sonra tanınmışdı. Serialın ardınca Maks tezliklə 50-dən artıq fərqli film və televiziya proyektlərində iştirak etməyə dəvət almışdı. Çəkilişlə parallel olaraq Maks uğurla təhsili davam etməyi özünə məqsəd qoymuşdu. 2007-ci ildə o aktyor peşəsində tam iş saatını götürərək, hərbi xidmətdən imtina etmiş və bundan sonra məktəb təhsilini tamamilə dayandırmağı qərara almışdı. Buna baxmayaraq onun orta təhsil aldığını təsdiq edən diplomu var.
1997-ci ildə 13 yaşı olarkən «Öpüş üçün ailə» filmində debyut rol almışdı. İki il sonra «Ayı qaçdı» macəra filmində çəkilmişdi. 2001-ci ildə «Amerikan piroqu»Mädchen Mädchen на сайте www.filmportal.de ruhunda rejissor və ssenari müəllifi Dennis Qanzel tərəfindən çəkilmiş Qızlar qızlar filmində baş rol almışdı. Bir sıra telesriallarda («Volf qanunu», «Kobra») ikincidərəcəli rol aldıqdan sonra, o yenidən Dennis Qanzellə iş birliyi bağlamışdı«Академия смерти» на Metacritic.com.. 2003-cü ildə dram janrında çəkilmiş «Ölüm akademiyası» filmində baş rol alır. Məhz bu film üçün Karlovı Varı Beynəlxalq film festivalında Ən yaxşı aktyor nominasiyası üzrə qalib gəlir39th Karlovy Vary IFF на официальном сайте кинофестиваля. 2010-cu ildə Maks yenidən Qanzel ilə birgə işləyərək, «Gecənin dadı» filmində vampir rolunu oynayır.
Dennis Qansel ilə yanaşı, Rimeltin bədii inkişafını təşviq edən rejissorları sırasına həmçinin Dominik Qraf da daxildir. 2006-cı ildə o aktrisa Cessika Şvarts ilə birgə Dominik Qraf tərəfindən yaradılmış Qırmızı kakadu adlı romantik-dram filmində çəkilmişdi. 14 fevral 2006-cı ildə Berlin kino festivalında «Qırmızı kakadu» filminin premyerası uğurla baş tutmuşduRelease dates for Der rote Kakadu на сайте Internet Movie Database. Filmindəki performansıyla (Maks bu filmdə "Ziggi" rolunu oynayırdı), o 2006-cı ildə Bavariya Film festivalının "Ən yaxşı gənc kişi aktyor" mükafatına layiq görülmüşdüPressemitteilung на сайте премии «Bayerischer Filmpreis». Qraf və Rimelt 2008-ci ildə öz birgə əməkdaşlığını "Cinayət qarşısında" adlı triller janrlı filmin çəkilişləri ilə davam etdirdi.
Lakin əsl məşhurluq ona 2013-cü ildə rejissor Ştefan Lakantın Sərbəst eniş filmində Kai Engel adlı homoseksual oğlan rolu gətirmişdi.
Maraqlı faktlar 2013-cü ildə Glamour jurnalı özünün illik siyahısını açıqlayaraq, 100 "Ən seksual gənc aktyor" iştirakçı içərisinə Maks Rimelti də əlavə etmişdi на сайте http://en.mediamass.net. Alman tabloidləri Maksın rəfiqəsinin "deyəsən bir az hamilə olduğunu" açıqlamışdı. Cütlüyə yaxın olanlar bu məlumatı təsdiqləmişdilər на сайте http://en.mediamass.net. Jurnalistlərin müğənni PSY-ya verdiyi "Hansı məşhurun Gangnam Style'da görmək istərdiniz?" sualına o "Maks Rimelt" - deyərək cavab vermişdi. Bundan sonra Maks gizli olaraq bu rəqsi təcrübə etdiyi deyilir на сайте http://en.mediamass.net.
Filmoqrafiya
1997: Öpüş üçün ailə 1997: Büllovbogen təcrübəsi 1998: İki tənha məşhur 1999: Bütün ürəkləri əridən Milad nağılı 1999: Ayı qaçıb 2000: Yanan susqunluq 2001: Qızlar, qızlar 2001: Atam və digər fırıldaqçılar 2002: Alfa qrupu – Respekt 2002: Seksteyşi 2002: Balko - və ya Cırtdanların zəhəri 2003: Fəryad edən günəş 2003: Appassionata 2003: Wolffs Revier – Au Pair 2003: Kobra 11 üçün həyəcan 2003: Bütün Dostluq növlərində – və ya Mən səni sevirəm, Ana! 2003: Xoşbəxtlik üçün lotereya bileti 2004: Noyland (Qısametrajlı film) 2004: Qızlar, qızlar 2 2004: Ölüm akademiyası 2005: Düşmənlər (Qısametrajlı film) 2005: Halle şəhərinin kometləri 2005: Dərinliklər 2006: Pamirin faciəsi 2006: Qırmızı kakadu 2006: Kriminalçı – və ya Düşmüş mələk 2007: GG 19 – və ya Ştehplatz 2007: Ölümcül dünya 2007: Sərhəddə 2008: Siqar qutusu (Qısametrajlı film) 2008: Boksçunun kölgəsi (Qısametrajlı film) 2008: Cankidən Dəmiradama kimi 2008: Səmaya doğru 2008: Təcrübə 2 2008: 1000 okean 2009: 13-cü semestr 2010: Cinayətinin qarşısında 2010: Gecənin dadı 2011: Prokuror - və ya Kameradenşvayn 2011: Damğa - Dağda ölüm 2011: Qalan günlər 2011: Şəhər tədqiqatçısı 2012: Dördüncü hakimiyyət 2012: Sən mənə söz vermişdin 2012: Qismən günəşli 2012: Xarici tapşırıq 2012: Alman dostu 2013: Sərbəst eniş 2013: Son öküz – Təhlükəli oyunlar 2013: Qanlı pullar 2014: İkinci ər 2014: Elli Baynhorn – fərdi uçuş 2014: Həyat üçün! Mükafatlar 2005: Almaniyanın Shooting Star Mükafatı 2006: Bavariya film Mükafatı - Qırmızı Kakadu filmində ən yaxşı kişi rolu üzrə 2007: Sixth Marrakesh International Filmfestival: Ən yaxşı kişi rolunun ifası üzrə Mükafat 2008: Dalğa filmi üzrə Undina Film Festivalında Bədii filmdə ən yaxşı gənc aktyor mükafatı 2010: Xüsusi performans göstərən aktyor kateqoriyası üzrə Almaniya Televiziya mükafatı. 2011: Grimme-Preis - Cinayət qarşısında filmində baş rola görə 2013: Sərbəst eniş filmində baş rola görə Hanno Koffler ilə birgə Günter Rorbax mükafatı
Ədəbiyyat Béatrice Ottersbach, Thomas Schadt, Nina Haun (2007), Max Riemelt: „Man muss lernen, sein Selbstwertgefühl nicht über die Schauspielerei zu definieren“ in Schauspieler-Bekenntnisse, Uvk İstinadlar
Xarici keçidlər
Max Riemelts Management Von der Rolle – Porträt von Katja Hübner im Tagesspiegel, 5. Januar 2010, S. 25 Was ist dein Plan? – Interview mit der Zeitschrift U_mag / April 2008
Kateqoriya:Almaniya aktyorları Kateqoriya:Berlində doğulanlar Kateqoriya:XX əsr aktyorları Kateqoriya:Almaniya film aktyorları Kateqoriya:Uşaq aktyorlar