Karl Lagerfeld, əsl adı Karl Otto Lagerfeldt () — XX əsrin ən önəmli dəb təmsilçilərindən biri.

Həyatı Karl Lagerfeld 10 sentyabr 1933-cü ildə Hamburqda imkanlı bankir Otto Lagerfeldin ailəsində anadan olmuşdur. Onun doğma bacı və ya qardaşı olmamışdır.

1952-ci ildə o, Paris şəhərinə gəlmiş, burada Montenya Liseyində təhsil almışdır. 1955-ci ildə Karl, Beynəlxalq Yun Katibliyinin təşkilatçılığı ilə keçirilən müsabiqədə palto dizaynına görə ilk mükafatını qazanmışdır. Bundan sonra o, 1958-ci ilə kimi Pyer Balmenin köməkçisi kimi çalışmışdır.

1980-ci illərin başlarında özünə aid parfümeriya və geyim əşyasını çıxararaq öz markasını tanıtmışdır. Karyerası ərzində Chloé, Fendi və Chanel kimi büyük dəb evləri ilə birlikdə işləmişdir.

Lagerfeld 19 fevral 2019-cu ildə 85 yaşında vəfat etmişdir.

İstinadlar

Xarici keçidlər karllagerfeld.com

Kateqoriya:Hamburqda doğulanlar Kateqoriya:Almaniya fotoqrafları Kateqoriya:LGBT modelyerlər Kateqoriya:Fransa fotoqrafları Kateqoriya:Fransa modelyerləri Kateqoriya:"Fəxri Legion" ordeninin komandorları Kateqoriya:Almaniya naşirləri Kateqoriya:Fransa naşirləri Kateqoriya:Poçt markası dizaynerləri Kateqoriya:XXI əsr fotoqrafları Kateqoriya:XX əsr fotoqrafları