Leyla Həzrət qızı Səfərova — Azərbaycan rejissoru, ssenari müəllifi, Azərbaycanın Əməkdar incəsənət xadimi (2016).
Həyatı Leyla Səfərova 15.10.1945-ci ildə Azərbaycanın Gəncə şəhərində anadan olub.
1969–1974-cü illədə Moskvada ÜDKİ-nun kinorejissorliq fakültəsində təhsil alıb.
1985–1987-ci illərdə Azərbaycan Dövlət Teleradio Şirkıtində, 1987-ci ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyib.
29 iyul 2016-cı ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülmüşdür.
Filmoqrafiya Oğul (film, 1982) Kölgədə 40 dərəcə isti (film, 1988) Seans (film, 1988) Naməlum torpaq (film, 1992) Bakı Xoreoqrafiya Məktəbi 2005 (film, 2005) Azərbaycan Respublikasının mayakları (film, 2006)
İstinadlar
Kateqoriya:Azərbaycan kinorejissorları Kateqoriya:Ssenaristlər Kateqoriya:Gəncədə doğulanlar Kateqoriya:Azərbaycan Respublikasının əməkdar incəsənət xadimləri