Georgi İvanoviç Çelpanov () — rus alimi, professor. Çelpanovun ən böyük xidməti Psixologiya İnstiutunu yaratmasıdır.
Həyatı G.İ.Çelpanov 1887-ci ildə Novorossiysk Universitetinin tarix-filologiya fakültəsini bitirib. 1897-ci ildə o, Almaniyada Vundtun laboratoriyasında təcrübə keçir. 1907-ci ildə o, Moskvaya köçür və Moskva Universitetində fəlsəfə kafedrasına rəhbərlik edir.
1912-ci ildə Moskva Universitetinin nəzdində professor Georgi İvanoviç Çelpanovun təşəbbüsü və rəhbərliyi ilə Rusiyada ilk, dünyada III Psixologiya İnstitutu yaradıldı.
Psixologiya İnstitutu formal olaraq 1912-ci ildə yaradılsa da, faktiki olaraq 1914-cü ildən fəaliyyətə başlamışdır. 1923-cü ildə onu nəinki universitetdən, hətta rəhbərlik etdiyi Psixologiya İnstitutundan işdən qovurlar.
Lakin az sonra o, Dövlət Rəssamlıq Akademiyasında dərs deyir. 1927-ci ildə onun sonuncu kitabı nəşr olunur. 1930-cu ildə isə o, tamamilə işsiz qalır.
İstinadlar
Kateqoriya:XX əsr filosofları Kateqoriya:Moskva Dövlət Universitetinin professorları Kateqoriya:XIX əsr filosofları Kateqoriya:XX əsr psixoloqları