İntiqam Soltan oğlu Həsənli (İntiqam Soltan; ) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın əməkdar artisti (2018), Mingəçevir Dövlət Dram Teatrının direktoru.

Həyatı İntiqam Soltan oğlu Həsənli (İntiqam Soltan) 12 aprel 1965-ci ildə (rəsmi 11 may) Ordubadın Nürgüd kəndində anadan olub. İncəsənət İnstitutunun dram-kino aktyorluğu ixtisasında təhsil alıb (1986-1990). İrəvan Teatrında (1988-1995), Gənclər Teatrında (1995-2002) aktyor işləyib. 2002-ci ildən Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəridir.

27 may 2018-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülmüşdür.

2019-cu ildə müəllifi olduğu "Çətin tərbiyə olunan uşaqların tərbiyəsində teatr metodlarından istifadə" adlı metodik vəsaitin təqdimatı keçirilib.

Bakı Uşaq və Gənclər Teatrının direktoru-bədii rəhbəri.Nüşabə. Uşaq Teatrı vətənpərvərliyi təbliğ edir: [Teatrın direktoru və bədii rəhbəri İntiqam Soltan ilə müsahibə] //Palitra.- 2008.- 6 may.- S. 13.

Mingəçevir Dövlət Dram Teatrının direktoru.

Evlidir. 3 övladı var.

Filmoqrafiya Doğma sahillər (film, 1989) Ömürdən uzun gecə (film, 1996) Girov (film, 2005) Əlvida, cənub şəhəri (film, 2006) Milçək (film, 2006) Cavid ömrü (film, 2007) Kəndim+nizə qayıdın!? (film, 2007) Sirat körpüsü (film, 2007) Yanmış körpülər (film, 2007) Qara bayram (2010) 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: Güloğlan) Dolu (film, 2012) Həyat varsa... (serial, 2012-2014) Pərvanələrin rəqsi (serial, 2012) Xəyanət(teleserial)-Mahir

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunları Kateqoriya:XXI əsr Azərbaycan aktyorları