Nizami Həsən oğlu Salahov () — Azərbaycanlı futbolçu.
Həyatı Nizami Salahov 25 may 1945-ci ildə Gəncə şəhərində anadan olub. Uşaq yaşlarından futbola çox böyük maraqı olub. 15 yaşından yeniyetmələrdən ibarət Azərbaycan SSR yığma komandasının heyətində oynayan futbolçu daha sonra Gəncənin Kəpəz komandasının tərkibində fəaliyyətini davam etdirib. Komandada hücumçu olan Nizami Salahovun vurduğu qollar hesabına Kəpəz komandasını 1965-ci ildə SSRİ B Çempionatının qalibi edib. Daha sonra Neftçi komandasının tərkibində oynayıb. Nizami Salahov oynadığı dövrdə Dinamo Kirovabad (Gəncə) SSRİ birinciliyinin ikinci dəstəsinin qalibi olaraq yüksək liqaya vəsiqə qazanıb. Komanda bu naliyyətə Daşkənddə keçirilən həlledici matçda yiyələnib. 26 noyabr 1967-ci ildə reallaşan qızıl oyunda rəqib Şaxtyor Qarağandı klubu olub. Gərgin mübarizə şəraitində keçən görüş Dinamo Kirovabadın (Gəncə) 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Oyunda yeganə qolu Nizami Salahov vurub. Veteran futbolçu 2 ay imiş ki, ağciyər xərçəngindən əziyyət çəkirdi. 10 iyun 2013-cü ildə Gəncədə vəfat etmişdir. O Gəncədəki Fəxri Xiyabanda dəfn olunub.
Statistika
Kəpəz Gəncə SıraTarixRəqibHesabQolƏvəzləməYarış116 may 1964Spartak Nalçik1-115x15px 29SSRİ Çempionatı (B seriyası)27 iyun 1967Spartak Nalçik0-1SSRİ Çempionatı (B seriyası)319 sentyabr 1967Spartak Nalçik2-115x15px 29SSRİ Çempionatı (B seriyası)41 aprel 1968Neftçi Bakı0-1SSRİ Çempionatı (A seriyası)56 aprel 1968Dinamo Kiyev0-0SSRİ Çempionatı (A seriyası)610 aprel 1968Çernomores Odessa0-015x15px 46SSRİ Çempionatı (A seriyası)723 aprel 1968Torpedo Moskva0-3SSRİ Çempionatı (A seriyası)828 aprel 1968Ararat İrəvan1-015x15px 85SSRİ Çempionatı (A seriyası)92 may 1968Dinamo Tbilisi0-215x15px 46SSRİ Çempionatı (A seriyası)1016 may 1968SKA Rostov-na-Donu1-3SSRİ Çempionatı (A seriyası)1120 may 1968Torpedo Kutaisi1-115x15px 46SSRİ Çempionatı (A seriyası)1228 may 1968Lokomotiv Moskva0-115x15px 77SSRİ Çempionatı (A seriyası)131 iyun 1968Spartak Moskva0-115x15px 58SSRİ Çempionatı (A seriyası)148 iyun 1968Şaxtyor Donetsk1-115x15px 8515x15px 70SSRİ Çempionatı (A seriyası)1512 iyun 1968Zarya Luqansk0-0SSRİ Çempionatı (A seriyası)1620 iyun 1968Kayrat Almatı0-1SSRİ Çempionatı (A seriyası)1724 iyun 1968Paxtakor Daşkənd0-115x15px 78SSRİ Çempionatı (A seriyası)1827 iyun 1968SSKA Kiyev0-1SSRİ Çempionatı (A seriyası)197 iyul 1968Dinamo Moskva1-115x15px 46SSRİ Çempionatı (A seriyası)2018 iyul 1968Dinamo Minsk1-215x15px 75SSRİ Çempionatı (A seriyası)
Ailəsi Nizami Salahovun 1 qız övladı və 4 nəvəsi var idi.
Azərbaycanlı futbolçu Telman Salahovun qardaşıdır. Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycanlı futbolçular Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları