İnqilab Ədil oğlu Nadirov (Nadirli) () — şair, dramaturq, publisist, Azərbaycan SSR Ali Sovetinin üç çağırış (1980–1991) deputatı, Azərbaycan Milli Məclisinin üzvü (1991–1995),Sabiq icra başçısının vəziyyəti pisləşdi: reanimasiyaya yerləşdirildi . xeberle.com, 12.09.2017 Binəqədi Rayon İcra Hakimiyyətinin başcısı (1994–1999), iqtisad elmləri namizədi, ekoloji elmlər üzrə fəlsəfə doktoru, professor.

Həyatı və fəaliyyəti İnqilab Nadirov 25 aprel 1940-cı il Azərbaycan Respublikası Ağcabədi rayonunun Hüsülü kəndində anadan olmuş və 1 sentyabr 1946-cı il Hüsülü kənd məktəbinin birinci sinfinə daxil olmuşdur. 1 sentyabr 1956-cı il tarixdə H. Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutunun fizika-riyaziyyat fakültəsinə qəbul olmuş və 1961-ci ildə həmin fakültəni müvəffəqiyyətlə bitirmişdir.

1962–1964-cü illərdə Sovet Ordusu sıralarında xidmət etmişdir.

1970–1976-cı illərdə Ağcabədi Rayon Partiya Komitəsinin ikinci katibi, Ali Partiya məktəbinin müəllimi olmuşdur.

1976-cı ildən Kəlbəcər Rayon Partiya Komitəsinin birinci katibi olmuşdur.

1988-ci ildə Bakı şəhəri Oktyabr Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədr müavini işləmişdir. 1989–1990-cı illərdə Azərbaycan Respublikası Mətbuat Komitəsinin Kitabxana kollektorunun direktoru işləmişdir.

Azərbaycan SSR Ali Sovetinin üç çağırış (1980–1991) deputatı seçilmişdir.

1991–1995-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü olmuşdur.

1994–1999-cu illərdə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmişdir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Azərbaycan Kommunist Partiyası Kəlbəcər Rayon Komitəsinin birinci katibləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları Kateqoriya:Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatları Kateqoriya:Binəqədi Rayon İcra Hakimiyyətinin başçıları Kateqoriya:Oktyabr Rayon Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Ağcabədi Rayon Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Kəlbəcər Rayon Xalq Deputatları Sovetinin deputatları Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:İqtisad elmləri namizədləri