Elmar Eldar oğlu Qasımov () — Bakı Ali Neft Məktəbinin rektoru (2012-ci ildən).
Həyatı Elmar Qasımov 8 sentyabr 1973-cü ildə anadan olub. 1990-cı ildə orta məktəbi gümüş medalla, Bakı Dövlət Universitetinin coğrafiya və hüquq fakültəsini Fərqlənmə diplomu ilə bitirib. Coğrafiya üzrə fəlsəfə doktorudur.
1995–1999-cu illərdə Bakı Dövlət Universitetinin Tələbə Həmkarlar Komitəsinin sədri olaraq fəaliyyət göstərib. 1999–2016-cı illərdə Bakı Dövlət Universitetində müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.
Ailəsi Ailəlidir, iki övladı var.
İctimai-siyasi fəaliyyəti 1999-cu ildə, 26 yaşında təhsil nazirinin müavini təyin edilmişdir. 1999–2011-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirinin müavini vəzifəsində çalışıb.
2011–2012-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidentinin müavini vəzifəsində çalışıb. Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin üzvü olub.
10 aprel, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Bakı Ali Neft Məktəbinin rektoru təyin edilib.
Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib.
Təltiflər 3 oktyabr 2008-ci il — Tərəqqi medalı 19 sentyabr 2014-cü il — Əməkdar müəllim 27 may 2019-cu il — "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı 30 noyabr 2022-ci il — III dərəcəli Vətənə xidmətə görə" ordeni. "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı (2 fevral 2024)
İstinadlar
Xarici keçidlər
SOCAR-AQŞ 20 sentyabr – Neftçilərin Peşə Bayramını qeyd etdi Bakı Ali Neft Məktəbində Beynəlxalq Müəllimlər Günü keçirildi Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımova "Əməkdar müəllim" medalı və vəsiqəsi təqdim olunub Elmar Qasımov YAP-ın səlahiyyətli nümayəndəsi oldu
Kateqoriya:Azərbaycan universitetlərinin rektorları Kateqoriya:Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvləri Kateqoriya:Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvləri Kateqoriya:Azərbaycanın elm və təhsil nazirlərinin müavinləri Kateqoriya:Rektorlar