Şahin Xeyrəddin oğlu Musayev — Azərbaycan Respublikasının müdafiə naziri vəzifəsini icra edən (fevral 1992), general-mayor.

Həyatı General-mayor Şahin Musayev müdafiə nazirinin müavini, baş qərargah rəisi işləmişdir. Baş Qərargah rəisi Şahin Musayev rusdilli idi. Müdafiə Nazirinin müavini, baş qərargah rəisi Şahin Musayev müəyyən çatışmayan hərəkətlərə yol versə də, çox savadlı taktiki döyüş hazırlığını bacaran hərbçi idi. Erməni ordusuna qarşı hücum planını Şahin Musayevlə bərabər Müdafiə Nazirinin baş qərargah rəisinin birinci müavini polkovnik Şikarov Şikar Şükür oğlu hazırlayırdı.

Fəaliyyəti 17 fevral 1992-ci ildə Azərbaycanın Müdafiə Nazirliyinin rəhbərliyində növbəti dəyişiklik olmuşdur. 26 yanvar 1992-ci ildəki Daşaltı faciəsinin günahkarı hesab edilən Tacəddin Mehdiyev müdafiə naziri vəzifəsindən azad edilib. Bu vəzifənin müvəqqəti icrası nazirin 1-ci müavini, Baş Qərargah rəisi Şahin Musayevə tapşırılıb. Azərbaycanın Qarabağdakı itkilərində xüsusi "rolu" olan general Şahin Musayev 1992-ci ilin mayında Şuşanın işğalından sonra ölkədən qaçmışdır.

Həmçinin bax Tofiq Kərimov

İstinadlar

Kateqoriya:Azərbaycanlı generallar Kateqoriya:Azərbaycan generalları Kateqoriya:Azərbaycan Respublikasının müdafiə nazirləri Kateqoriya:Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri Kateqoriya:Azərbaycanda məhbuslar və məhkumlar Kateqoriya:Azərbaycan mühacirləri Kateqoriya:Azərbaycanın müdafiə nazirlərinin müavinləri Kateqoriya:Azərbaycandan Rusiyaya mühacirət edənlər