Günəşi Gördüm — Mahsun Kırmızıgülün rejissor kimi ikinci işi olan bu filmdə çoxüzvlü bir ailənin dramından bəhs olunur. Bu film Oskar mükafatı kimi tanınan "Akademiya mükafatları"da 2009-cu il Türkiyə namizədi kimi göstərilmişdi. Film Türkiyənin cənub-şərqində yerləşən kürd ailənin İstanbula (bir hissəsinin Norveçə) məcburi köçü və başlarına gələnlərdən bəhs edir.Dramatik hekayə strukturu da məhz hadisələrin və insan taleyinin psixoloji və emosional ağırlığı üzərində qurulub.

Məzmun Şərq sərhədində yerləşən bir kürd kəndi. 25 ildir iki tərəf arasında qalan çarəsiz insanlar. Məcburi köçürtmə səbəbi ilə böyüyüb boya-başa çatdıqları torpaqlardan, kəndlərindən çıxarılan Altun ailələri bilinməz bir yola çıxırlar. Davud Altun qaçaq yolla olsa da, tez bir zamanda ailəsi ilə birgə Norveçə getmək niyyətindədir. Heydər Altun və ailəsi üçün isə köç yolu İstanbula istiqamətlənib. Səfər başlamışdır. Şəhərin kasıb məhəllələrindən birinə sığınan ailə burada ağır mədəniyyət şoku və iqtisadi çətinliklərlə qarşılaşır. Ənənəvi baxışlara sahib ailənin İstanbulda üzləşdiyi reallıqlar daxili münaqişələrə yol açır.Bitmək bilməyən fırtınalardan keçib gəlmiş, yollarını azmış, çarəsizcə bir çıxış yolu axtaran insanların öz günəşlərindən qoparılıb gələcəyin bilinməzliyində itən uşaqların, bir köçün hekayəsi. Filmin sonunda ayrı-ayrı ailə üzvlərinin yaşadığı hadisələr ümumi bir faciənin müxtəlif tərəfləri kimi birləşir. “Günəşi Gördüm” beləliklə, müharibə və zorakılığın insan həyatında yaratdığı dağıntıları, məcburi köçün nəticələrini və fərdlərin daha təhlükəsiz və azad həyat axtarışını ailə dramı üzərindən təsvir edir.

İstehsalçı şirkət Boyut Film İstehsalçı – Murat Tokat

Rollarda Mahsun Kırmızıgül: Ramo Murat Ünalmış: Mamo Yıldız Kültür: Pakize Sarp Apak: Ahmet Buğra Gülsoy: Berat Ali Sürmeli: Nedim Altan Erkekli: Davut Cemal Toktaş: Kadri Erol Demiröz: Haydar Erol Günaydın: Vater von Cansu Demet Evgar: Havar Cezmi Baskın: Şerif Sezer: Gülistan Cem Aksakal: Cansu Nurseli İdiz

Çəkiliş heyəti Rejissor və ssenari müəllifi — Mahsun Kırmızıgül Baş koordinator — Ceren Aslan Çəkiliş rejissoru — Soykut Turan İcraedici direktor — Menderes Demir Musiqi — Mahsun Kırmızıgül və Yıdıray Gürgen Qurğu – Hamdi Deniz Səs — Onur Yavuz İşıq — Durmuş Dəmirəzən

Festival nümayişləri

22-ci Tokya Beynəlxalq Film Festivalı (17-25 oktyabr 2009) 33-cü Cairo Beynəlxalq Film Festivalı (10-20 noyabr 2009) Hindistanda baş tutmuş 40-cı Beynəlxalq Film Festivalı (28 noyabr - 3 dekabr 2009)

Mükafatlar

22-ci Tokio Beynəlxalq Film Festivalı (25 oktyabr 2009) - Asiya Film Mükafatı 3-cü Yeşilçam Mükafatları (23 mart 2010) - Ən Yaxşı Köməkçi Aktyor (Cəmal Tokdaş)

Mənbə

İstinadlar

Kateqoriya:Türkiyə filmləri Kateqoriya:Türkcə filmlər Kateqoriya:2009-cu ilin filmləri Kateqoriya:LGBT mövzulu Türkiyə filmləri Kateqoriya:Türkiyə haqqında filmlər Kateqoriya:Türkiyənin dram filmləri Kateqoriya:2009-cu ilin dram filmləri Kateqoriya:Terrorizm haqqında filmlər Kateqoriya:2009-cu ilin LGBT filmləri