Hicran Paşa qızı Mehbalıyeva ( 11 mart 1954) — Azərbaycan aktrisası, Azərbaycan SSR əməkdar artisti (1982).
Həyatı Hicran Mehbalıyeva 1973–1977-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. 1977–1987-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında işləyib. Ailəsi ilə başqa ölkəyə köçdüyü üçün sənətdən uzaqlaşıb. 1 dekabr 1982-ci ildə Azərbaycan SSR əməkdar artistlərinin siyahısı fəxri adı ilə təltif edilib.İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. II cild. Azərnəşr. Bakı, 2017. s.74
Sumqayıt Dövlət Dram Teatrında oynadığı rollar Nadya -("Məktub", P.Pançev) Hüsniyyə -("Vəfalı Səriyyə", C.Cabbarlı) Maral - ("Meşədə döyüş", F.Məmmədov) Ülvi səs - ("İlahi komediya", İ.Ştok) İkinci qız - ("Mehrişah", O.Məmmədov) Məmləkət Sultanova - ("Toy şənbə günü olacaq", M.Kərimov) Məsmə - ("Bağdada putyovka var", Ə.Əylisli) Qumru - ("Ayıl, bax bu dünyaya" (Sabir), H.Nəzərli) Hicran xanım - ("Bütün Şərq bilsin", N.Həsənzadə) Züleyxa xanım - ("Ağa Kərim xan Ərdəbili", N.B.Vəzirov) Afət - ("Afət", H.Cavid)
Mükafatları Azərbaycan SSR əməkdar artisti — 01.12.1982Respublika teatr sənətinin işçilərinə Azərbaycan SSR fəxri adları verilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 1 dekabr 1982-ci il tarixli Fərmanı — anl.az saytı
Filmoqrafiya Xoşbəxtlik qayğıları (film, 1976) Evləri köndələn yar (film, 1982) İşgüzar səfər (film, 1982) Qonşu qonşu olsa... (film, 1989)
İstinadlar
Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Azərbaycan SSR əməkdar artistləri