Ox () — amerikan dram janrının elementləri ilə macəra-super qəhrəman teleserialı. Serialın əsasında DC Comics nəşriyyat evinin buraxdığı Yaşıl oxatan adlı qəhrəman komiksi dayanır. Serialın premyerası 10 oktyabr 2012-ci ildə baş tutmuşdu. 22 oktyabr telekanal "Ox"u 23 epizoddan ibarət tam mövsümə uzatdı. 11 fevral 2013-cü ildə isə The CW telekanalı serialın ikinci mövsümünü buraxdı.
Süjet Gəmi qəzasından sonra itkin düşən playboy-miliarder Oliver Kuini ölmüş hesab edirlər. Lakin 5 ildən sonra Sakit okean adaların birində onu sağ olaraq aşkar edirlər. Onun doğma şəhəri Starlinq-Sitiyə qayıdanda, onun anası Moyra, sevimli bacısı Tea və ən yaxın dostu Tommi qarşılayırlar. Lakin onlar hiss edirlər ki, Oliver adada tək qalarkən nəsə baş verib və bu hadisə onun xasiyyətində əks edilib. Oliver özünün necə insana çevrildiyini yaxınlarından gizlətməyə çalışır. Əslində o ümidsizcəsinə keçmişdə etdiyi pis işləri düzəltməyə çalışır. Xüsusi ilə də eks girlfriendi Loren Lenslə yenidən barışmaq arzusundadır. Onun əsas istəyi - ailəsinin səhvlərini düzəltmək, cəmiyyətin dərdlərinə mübarizə olmaq və Starlinq-Sitini əvvəlki möhtəşəmliyinə qaytarmaqdır. Oliver gizlincə yaşıl kapüşonlu və yay-ox ilə silahlanmış Yaşıl Oxatan adlı linçləyən-qəhrəmana çevrilir.
Gündüzlər Oliver bir zaman olduğu varlı, qayğısız və avam eşqbaz kişi rolunu oynayır. Gecənin düşməsi ilə isə özünün əsl kimliyini yaxşıca gizlədərək Yaşıl oxatan kostyumunu geyinir və cinayətkarların ovuna çıxır. Lorelin atası - detektiv Kventin Lens - şəhərdə fəaliyyət göstərən, qurbanlarını linçləyən gizli qatili həbs etməyə qərara alır. Elə bu zaman Oliverin anası - Moyra - oğlunun üzləşdiyi gəmi gəzası haqqda daha çox şey bilir, bunu bütün gücü ilə hamıdan gizlətməyə çalışır.
Baş qəhrəmanlar Oliver Kuin - Baş qəhrəman, miliarder. Gəmi qəzası nəticəsində 5 il müddətində tək-tənha adada məhkum qalıb. Gecələr milli qəhrəman kostyumunu geyinir. Xalq arasında onu "Linçləyən" və ya "Kapüşon" adlandırırlar. Onun əsas silahı yay və oxdur və həmçinin onun öz bədəni. Oliver mükəmməl döyüşçüdür. Dina Lorel Lens - advokat. Güclü ədalət hissinə malikdir, buna görə də klient günahsız olduğunu görən zaman Yaşıl oxatandan kömək diləməyə çalışır. Əvvllər Oliverin sevgilisi idi. Birinci mövsümdə Tommi Merlinlə görüşürdü. Lakin sonda Tommi onunla ayrılır və Dina Oliveri hələ sevdiyini anlayır. Tommi Merlin - Oliver Kuinin ən yaxın dostu, Malkolm Merlin adlı miliarderin oğlu. Bir ara Lorel ilə görüşürdü və buna görə özünü günahkar hiss edirdi. Bunun üçün də onunla ayrılır. Oliverin klubunda rəhbər gismində işləyir və Yaşıl oxatanın sirrini bilir. Con Diqql - Oliverin keçmiş cangüdəni, sonradan isə əvvəlki gunahlarını yumaq və Oliveri bədheybətə çevrilmədən qorumaq üçün onun partnyoru olur. Bəzən Yaşıl oxatanın kostyumunu geyinir. Tea Kuin - Oliverin 17-18 yaşlı kiçik bacısı. Tea məktəblidir, sonralar Məhkəmə qərarı ilə Lorelin olduğu kompaniyada işləyir. Moyra Kuin - Oliverin anası, Oliverin mübarizə apardığı təşkilatın üzvü. Öz uşaqlarını qorumaq məqsədi ilə cinayət və xəyanətlə məşğul olmağa hazırdı. Detektiv Kventin Lens - polis işçisi və Lorelin atası. Yaşıl oxatanı qatil sayaraq tutmaq istəyir. Roy Harper (müntəzəm olaraq ikinci mövsümdən) - oğru və quldur, Teanın boyfriendi. Şəhərin kasıb məhəlləsində yaşayır. Seriaların birində Yaşıl oxatan tərfindən xilas edilmişdi və bundan sonra onu taparaq komanda yoldaşı olmasını özünə məqsəd qoymuşdu. Felisiti Smouk (müntəzəm olaraq ikinci mövsümdən) - Aytiş qadın, Kuin ailəsinin kompaniyasında işləyir. Oliver bəzən kömək üçün ona müraciət edirdi. Həmçinin Uolterə onun həyat yoldaşının gizli sirrləri ilə kömək edirdi. Uolterin itməsindən sonra Yaşıl oxatanın dəstəsinə qoşuldu. Dezstrouk (müntəzəm olaraq ikinci mövsümdən) - Avstraliyalı xüsusi qüvvə işçisi.
İkinci dərəcəli qəhrəmanlar Robert Kuin - Oliverin atası. Oğlunun sağ qalması üçün özünü gülləliyir. Yao Fei - keçmiş Çin generalı. Hökumət onu "gunah keçisinə" çevirərək onu adaya sürgün etdi. Məhz həmin adada o Oliveri tapıb, onu xilas edir. Coanna de la Veqa - Lorelin həmkarı. Malkolm Merlin - Tomminin atası, miliarder. Şəhər rəhbərlərindən biri. Öz göstəriş və təlimatlarını Moyraya verir. Helena Bertinelli - mafiozi Frenk Bertinellinin qızı. Bir zaman Yaşıl oxatanın partnyoru idi. Öz ərinin ölümünə görə atasına intiqam etməyi planlaşdırırdı, buna görə də Oliverdən ayrıldı. "Ovçu" adı ilə tanınırdı.
Baş rollarda Rol adı Aktyor/Aktrisa Baş rol Köməkçi rol Səsli aktyor/aktrisalar Oliver Queen Stephen Amell 1.01– Johannes Raspe Dinah „Laurel“ Lance Katie Cassidy 1.01– Stephanie Kellner John „Dig“ Diggle David Ramsey 1.01– Ole Pfennig Thea Dearden „Speedy“ Queen Willa Holland 1.01– Farina Brock Moira Dearden Queen Susanna Thompson 1.01– Daniela Hoffmann Det. Quentin Lance Paul Blackthorne 1.01– Michael Roll Tom „Tommy“ Merlyn Colin Donnell 1.01–1.23 Alexander Brem Felicity Megan Smoak Emily Bett Rickards 2.01– 1.03–1.23 Slade Wilson Manu Bennett 2.01– 1.13–1.23 Roy William Harper Jr. Colton Haynes 2.01– 1.15–1.23
İstehsal Başlanğıc mərhələsi Serialın konsepsiyası Endryu Kreyzberq, Qreq Berlanti və Mark Quggenhaym tərəfindən hazırlanmışdı. Filmin pilot epizodunu Devid Natter çəkmişdi, o həmçinin «Smollvilin sirrləri» şousunun birinci seriyasının rejissoru idi. Serial 11 may 2012-ci ildə «The CW» telekanalı tərəfindən alınmışdı. Serial Vankuverdə (Kanadada) çəkilmişdi.
Kastinq Birinci mövsümün gedişhaqqı zamanı müəlliflər DC Comics'in digər personajların da (Derren Şahlavi Konstantin Dreykon, Maykl Rou Dedşot, Kelli Hu isə Çayna Vayt rolunda) çəkiləcəyinə də söz veriblər. 2012-ci ilin sentyabr ayında Tamo Penikett Frenk Bertinellinin köməkçisi Nik Salvati rolunu qazandı. Noyabr ayında məlum oldu ki, Ben Brouder Ted Geynor rolunda, Set Geybl isə Qraf Vergitonun prototipi olan personaj rolunda çıxış edəcək.
12 fevral 2013-cü ildə Emili Bett Riçards serialın ikinci mövsümün əsas tərkibində iştirak etməyə razılaşmış və müqavilə imzalamışdı.
Film musiqisi
Beynəlxalq yayım Ölkə Kanal Buraxılış tarixi Nine 1 may 2013 CTV TwoA DECADE IN THE MAKING: CTV UNVEILS 2012/2013 PRIMETIME SCHEDULES # # # FOUR NEW SERIES JOIN CTV THIS FALL; CTV TWO ADDS THREE NEW SERIESMuchMusic 10 oktyabr 201212 oktyabr 2012 Calle 13Antena 3 14 noyabr 201218 iyul 2013 Canal 5 6 may 2013 Sky1 22 oktyabr 2012 M-Net 19 oktyabr 2012
Epizodlar Mövsüm Epizodlar Orijinal buraxılış tarixi DVD relizi Mövsümün premyerası Mövsümün finalı Region 1 Region 2 Region 4 Birinci mövsüm 23 10 oktyabr 2012 15 may 2013 n/a n/a n/a İkinci mövsüm 23 9 oktyabr 2013 n/a n/a n/a n/a
Mükafat və nominasiyalar İl Mükafat Kateqoriya Resipiyentlər və namizədlər Nəticə2012Satellite Award:en:Satellite Award for Best Television Series – GenreOx (Arrow)IGN AwardsBest TV HeroStephen Amell/Ox (Arrow)2013People's Choice AwardsFavorite New TV DramaOx (Arrow):en:NewNowNext AwardsBest New IndulgenceCause You’re HotStephen AmellSaturn AwardsBest Youth-Oriented Series on TelevisionOx (Arrow):en:Teen Choice AwardsChoice TV Show: Fantasy/Sci-FiChoice TV Breakout ShowChoice TV Actor: Fantasy/Sci-FiStephen AmellChoice TV Breakout StarChoice TV Actress: Fantasy/Sci-FiKatie CassidyCanadian Society of Cinematography AwardsCinematographer Awards for TV Drama CinematographyGlen Winter csc, Arrow (Pilot)Broadcast Music, Inc.BMI Television Music AwardsBlake NeelyTV Guide Award Favorite New SeriesArrow
İstinadlar
Xarici keçidlər
Həmçinin bax
Kateqoriya:2012-ci ilin teleserialları Kateqoriya:Fantastika teleserialları Kateqoriya:Döyüş teleserialları Kateqoriya:The CW teleserialları Kateqoriya:Ox (teleserial) Kateqoriya:Warner Bros. Television teleserialları Kateqoriya:2010-cu illərin ABŞ elmi fantastika teleserialları Kateqoriya:Dram teleserialları Kateqoriya:Macəra teleserialları Kateqoriya:Ekşn teleserialları Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:2020-ci illərin ABŞ elmi fantastika teleserialları