Nokia 1011 — GSM telefonları seriyalarında istehsal olunan ilk telefon. Bu həmçinin Mobira Cityman 2000 kimi də satıldı. Buraxılış tarixi 10 noyabr 1992-ci ildə olan telefonun tip nömrəsi buraxılış tarixində gerçəkləşib.
Qara rəngli telefonun ölçüləri 195x60x45mm-dir. Bir rəngli displeyi və genişlənən antenasıyla müxtəlif özəlliklərə malikdir. Telefonun yaddaş kitabçasında 99 nömrə saxlamaq mümkündür. Ancaq bu telefona Nokianın xarakteristik melodiyası hələ daxil edilməmişdi, bu melodiya yalnız 1994-cü ildən bəri telefonlara əlavə olundu.
İstinadlar
Kateqoriya:Nokia mobil telefonları