Lino Ventura (, 14 iyul 1919–22 oktyabr 1987) — fransız aktyoru, mənşəcə italyan. Fransız filmlərində çəkilərək məşhur olmuşdur.
Həyatı Lino Ventura İtaliyanın Şimali Parma şəhərində, Covanni Ventura və Luiza Borininin ailəsində anadan olmuşdur. Səkkiz yaşında ikən təhsilini yarımçıq qoymuş və çlışdığı peşələri dəfələrlə dəyişmışdir. İlk olaraq karyerasında boks və güləşlə məşğul olurdu. 1950-ci ildə Lino yunan-Roma güləşi üzrə Avropa çempionu olur, lakin Henry Cohen (həm də aktyor) ilə mübarizə zamanı onun sağ ayağı ciddi zədə alaraq idman karyerasını dayandırmaq məcburiyyətində qaldı.
1953-cü il Jak Bekkerin "Qənimətimə toxunmayın" qanqster filmidə çəkildikdən sonra, kino aləminə daxil oldu. Həmin andan da onun aktyorluq karyerası başladı. Qanqster filmlərinin çoxunda onun tərəf müqabili dostu, məşhur fransız aktyorları Jan Qaben və Alen Delon olmuşdur.
1942-ci ildə uşaqlıq sevgisi Odette Lekontla evləndi. Onların dörd usaqları var idi: Milen (1946) , Lourens (1950), Linda (1958) və Kleliya (1961). O, ürək infarktından 1987-ci il 68 yaşında dünyasını dəyışdi.
Lino Ventura həm də əlillər üçün 1966-cı ildə təsis etdiyi "Kardelen" xeyriyyə fondu ilə də məşhur idi.
Filmoqrafiyası Çəkildiyi ən məşhur filmlər
Mənbə Биография Лино Вентура на IMDb Лино Вентура — Биография, фильмография на Oldcinema
Xarici keçidlər
Kateqoriya:Fransa aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:İtaliya şəxsləri