Bəxtiyar Nadir oğlu Şərifzadə (d. 1962, Qax rayonu – ö. 24 iyun 2016, Bakı) — Azərbaycan Respublikasının əməkdar artisti. Mətn oxuyan. Film səsləndirən. Film aparıcısı.
Həyatı Azərbaycanın Qax rayonunda anadan olan və yaradıcılığı dövründə 23 sənədli filmi səsləndirən, çoxsaylı verilişlərin kadr arxası mətnini oxuyan Bəxtiyar Şərifzadə AzTV-nin radiosunda çalışmışdır.
Bəxtiyar Şərifzadə diktor fəaliyyəti ilə yanaşı Azərbaycanda bir çox filmlərin səsləndirilməsində, dublyaj işində iştirak edib.
24 iyun 2016-cı ildə Bakı şəhərində vəfat etmiş və 25 iyunda doğulduğu Qax rayonunun Güllük kəndində dəfn olunmuşdur.
Təltifləri Azərbaycan Respublikasının əməkdar artisti — 04.11.1998"Azərbaycan Respublikası Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin əməkdaşlarına Azərbaycan Respublikası fəxri adlarının verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 4 noyabr 1998-ci il tarixli, 10 nömrəli Fərmanı
Filmoqrafiya Anlamaq istəyirəm (film, 1980) (ikiseriyalı bədii film)-dublyaj: titrlər Tikdim ki, izim qala (film, 1997) Tikdim ki, izim qala. II film (film, 1997) Tikdim ki, izim qala. III film (film, 1998) Çinarlı şəhərin generalları. Birinci film (film, 1999) Abbas və Gülgəz (film, 2000) (sənədli serial) (Aztv)-mətni oxuyan Dədə Qorqud axtarışında (film, 2000) Tökülən yarpaqların qoxusu (film, 2001) Zaqatala qoruğu (film, 2001) At igidin qardaşıdır (film, 2002) Padarçöl (film, 2002) Türk dünyası qitədən qitəyə (film, 2002) Dünya şöhrətli məzun (film, 2003) Güllələnmə təxirə salınır!… (film, 2002) Mötəbər insanlarımız (film, 2003) Kefsiz (film, 2004) Naxçıvanskilər (film, 2004) Bizim qəribə taleyimiz (film, 2005) Nəriman Əliyev (film, 2005) İlisu (film, 2006) Nağılların Dərbəndi (film, 2006) Həsən Abdullayev xatirələrdə… (film, 2007) Dahi qurucu (film, 2009) Türkün ulusu. Xəlil Rza Ulutürk (film, 2015) Zamanla yaşayan sənətkar. Cahangir Zeynalov (film, 2016) Könül mahnıları. Bəstəkar Tofiq Quliyev (film, 2016) Ötən ilin son gecəsi (film, 1983) - AZTV dublyaj: titrlər
İstinadlar
Kateqoriya:Azərbaycan Respublikasının əməkdar artistləri Kateqoriya:Qax rayonunda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Qax rayonunda dəfn olunanlar