Gömürdağ, Kömürdağ — Azərbaycanın Ordubad rayonu ərazisində dağ. Zəngəzur silsiləsi aiddir. Sıldırım yamaclıdır (hünd. 3375,9 m). Zəngəzur silsiləsinin suayırıcısında, Gilançayın mənbə hissəsində zirvə. Orta Eosenin  andezitli porfirit lavalarından təşkil olunmuş konusvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin cənub-şərq qurtaracağında müşahidə edilən  Boyəhməd-Dəvəboynu antiklinalının şimal-şərq qanadında yerləşir. Şimal-qərb yamacında şimal-şərq istiqamətli fay qırılmaları izlənilir. 

Həmçinin bax Almalıdağ Xarxat dağı Keçəltəpə Arısu Güllüdağ Gədikdağ

İstinadlar

Kateqoriya:Ordubad rayonunun dağları